Məhkəmə qərarları › İş №3(001)-6507/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6507/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6507/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon prokurorunun köməkçisi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXMin 215.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə 02 mart 2016-cı il tarixdə verilmiş 088687 nömrəli lisenziyanın əlavəsində “plastik cərrahiyyə” nəzərdə tutulmadığı halda ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də X1 xx.xx.2024-cü il tarixdə mastopeksiya əməliyyatı edilməsinə şərait yaradılmışdır. Nəticədə, Şəxs tərəfindən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokurorunun köməkçisi X6 bildirmişdir ki, X5 rayon prokurorluğuna ərizə ilə müraciət edərək “Reo Med” klinikasının həkimi Ramiz Kərimov tərəfindən mamoplastika əməliyyatı edildiyini, lakin əməliyyatın uğurla nəticələnmədiyini və sağlamlığında fəsadlar yarandığını bildirmişdir. Həmin məlumat cinayət xarakterli olduğunda Binəqədi rayon prokurorluğunda “Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyatı kitabı”nda qeydiyyata alınaraq həmin tarixdə araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı izahatlar alınmış, zəruri sorğular edilmiş, komisyon məhkəmə-tibbi ekspertizaları təyin edilərək rəy alınmış və digər zəruri hərəkətlər həyata keçirilmişdir. X4 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində İXM-in 215.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh edilməsi ilə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 “Reo Med” klinikasının həkimi Ramiz Kərimov tərəfindən mamoplastika əməliyyatı edilməsi, lakin əməliyyatın uğurla nəticələnməməsi və sağlamlığında fəsadlar yaranması ilə bağlı müraciəti əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-21/2- 8371/2024 nömrəli məktubundan görünür ki, “REO-MED TİBB MƏRKƏZİ" MMC-yə ünvan 2 ünvanında özəl tibb fəaliyyətinin ambulator (terapiya:terapevtik, kardiologiya: kardioloji, qastroenterologiya: qastroenteroloji, endokrinologiya: endikrinoloji, nevropatologiya: nevropatoloji, dermatologiya: dermatoloji, fizioterapiya: fizioterapevtik, ümumi cərrahiyyə: ümumi cərrahi, urologiya: uroloji, mama-ginekologiya: ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya: terapevtik stomatoloji, ortopedik stomatoloji, pediatriya: pediatrik, şüa diaqnostikası: ultrasəs müayinəsi, oftalmologiya: oftalmoloji, otorinolarinqologiya: otorinolarinqoloji, laboratoriya: klinik, klinik-biokimyəvi), stasionar (ümumi cərrahiyyə: ümumi cərrahi, urologiya: uroloji, anesteziologiyareanimatologiya: anestezioloji-reanimatoloji, otorinolarinqologiya: otorinolarinqoloji) tibbi xidmətləri üzrə 2 mart 2016-cı il tarixli İSN/L-562/2016 qeydiyyat nömrəli lisenziya və 17 iyul 2019-cu il tarixli İSN/L-562/2016/2 qeydiyyat nömrəli lisenziya əlavəsinin verilməsinə dair məlumat reyestrdə qeydə alınmışdır Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 215.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət dedikdə qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi başa düşülür. Həmin qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmədə isə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC-də X2 üzərində icra olunmuş plastik cərrahiyyə əməliyyatı həmin tibb mərkəzinə verilmiş lisenziya əlavəsi üzrə siyahıda qeyd edilən tibb xidmətlərinə daxil deyil. Bu isə Şəxs əməlində İXM-in 215.1-ci maddəsinin tərkib əlamətinin olmasına dəlalət edir. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 215.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 6000 (altı min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar