Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6510/2025 03.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 1-ci ərazi X7 idarəsinin X7 şöbəsinin inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsn nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 1-ci ərazi X7 idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 1-ci ərazi X7 idarəsi tərəfindən Şəxs barəsində İXM-in 518.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 1-ci ərazi X7 idarəsinin X7 şöbəsinin inspektoru X5 bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid reyster məlumatından çıxarılmış çıxarışa əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ünvan 1 ünvanında yerləşən, Şəxs MMC-yə məxsus boya satışı mağazasında plan üzrə yanğın-texniki müayinə aparılmışdır. Müayinə zamanı qeyd edilən mağazada bir sıra qanun pozuntuları aşkar edilmşdir. Belə ki, obyekt yanğından icbari qaydada sığorta olunmamış, obyekt yanğın təhlükəsizliyinə əməl olunması baxımından X7 Orqanları ilə razılaşdırılmamış, obyekt yanğın təhlükəsizlik nişanları ilə təmin edilməmiş, obyektin tavan hissəsində yanar üzlüklərdən (lambirin) istifadə olunmuş, obyektin siqnalizasiyası tam komplektləşdirilməmiş, mövcud siqnalizasiyaya planlı baxış keçirilməmiş, obyektin elektrik təsərrüfatına planlı baxış keçirilməmiş, elektrik naqillərinin izolyasiyası, gərginliyə qarşı müqavimətin ölçülməsi xüsusi lisenziyaya malik şirkət tərəfindən yoxlanılmamış, mövcud odsöndürücü vasitələrin tərkibi yenisi ilə əvəz olunmamışdır. Həmin obyektdə tez alışan boya məhsulları satıldığına görə yanğın hadisəsi baş verdiyi halda kənar obyektlərə də maddi ziyan dəyməsi ehtimalı var. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, mağazada yanğın–texniki müayinə aparılacağı ilə bağlı mağazada işləyən adını bilmədiyini şəxsə 5 gün əvvəldən şifahi məlumat vermişdir. Qeyd edilən obyektdə yanğıntexniki müayinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək onun tərəfindən aparılmış və akt xx.xx.2025-ci il tarixli akt onun tərəfindən tərtib edilmişdir. Məhkəmə iclasında Şəxsnın nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 1-ci ərazi X7 idarəsi tərəfindən Şəxs barəsində İXM-in 518.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən, Şəxs MMC-yə məxsus boya satışı mağazasında aparılmış yanğın–texniki müayinə zamanı aşkar edilmiş nöqsanlardan biri yanğın siqnalizasiyası ilə bağlıdır. Lakin “X1”nda siqnalizasiyanın quraşdırılması ilə bağlı deyil, saxlanılması ilə bağlı tələb qoyulmuşdur. Bundan əlavə reysterdə qeydiyyatdan keçmiş yoxlama qanunvericiliyin tələblərinə əsasən tərəfə çatdırılmalı, qəbul etməkdə imtina etdikdə isə poçt vasitəsilə göndərilməlidir. Lakin bu vəzifə X7 Xidməti 1-ci ərazi X7 idarəsi tərəfindən yerinə yetirilməmişdir. Planlı yoxlama aparılması haqqında qərarda göstərilmiş şəxslərlə müayinə aktını tərtib etmiş şəxslər eyni olmalıdır. Lakin görünür ki, qərarda adı qeyd edilən İntiqam Qasımov müayinə aktının tərtib edilməsində iştirak etməmişdir. Bundan əlavə protokolda protokolun tərtib edilmə yeri göstərilsə də tərtib edilmə vaxtı göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxs protokolu düzgün tərtib etməli, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə çatdırmalıdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosesi iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, KY252332944 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus, ünvan 2 ünvanında yerləşən boya satışı mağazasında plan üzrə (növbəti) yoxlamanın aparılması nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 3-18-60/Q-548/2025 nömrəli “Planlı (növbəti) yoxlamanın aparılması haqqında” qərardan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus, ünvan 2 ünvanında yerləşən obyektdə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müayinə aparılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, 0183 nömrəli “Yanğın-Texniki Müayinə” aktından görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus, ünvan 2 ünvanında yerləşən boya satışı mağazasında aaparılan yoxlama zamanı “Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus, ünvan 2 ünvanında yerləşən boya satışı mağazasında plan üzrə yanğın təhlükəsizliyinin müayinəsi zamanı “Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun 25-ci maddəsinə əsasən X7 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X7 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, X1na əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X7 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Şəxsnə məxsus, ünvan 2 ünvanında yerləşən boya satışı mağazasında səlahiyyətli orqan tərəfindən aparılan müayinə zamanı cəmiyyət tərəfindən Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması halı aşkar olunduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən İXM-in 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-6510/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6510/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver