Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6511/2025 23.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2, Şəxs, AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 11/35, mənzil 57, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X3 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Qaradağ rayonunda Şəxsnə məxsus yük daşıma yerinə yetirən “Mitsubishi” markalı 90JO844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması və nəqliyyat vasitəsinin sürücüsünün tibbi müayinədən keçməməsi aşkar edilmişdir. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, protokol tərtib edilərkən nəqliyyat vasitəsinin sürücüsündən heç bir sənəd tələb edilməmiş, həmin vaxt avtomaşında yük olub-olmaması araşdırılmamış və sair halları tam aydınlaşdırılmadan səlahiyyətlərindən istifadə edib əsassız cərimə tətbiq edilmişdir. Beləliklə, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: CD diskdə olan videogörüntüdən müəyyən olunur ki, Şəxsnə məxsus olan “Mitsubishi” markalı 90JO844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən, sürücünün isə tibbi müayinədən keçirilməsinin qanunvericiliyin tələbi olduğu bildirilmişdir. Həmçinin sürücüdən nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və nəqliyyat vasitəsinin sürücüsünün tibbi müayinədən keçməsi barədə arayışın və ya digər sənədin olubolmaması soruşulmuş, sürücü tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Bundan sonra sürücüdən hal-hazırda yük daşındığı soruşulduqda isə sürücü bəli – cavabını vermişdir. Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2 və 2.3-cü bəndlərinin tələbləini pozmuşdur. Belə ki, MMC-yə məxsus yük daşıma yerinə yetirən “Mitsubishi” markalı 90JO844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi reysqabağı texniki yoxlanılmamış və nəqliyyat vasitəsinin sürücüsü X4 tibbi müayinədən keçməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. 2.2-ci bəndinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 2.3-cü bəndinə görə Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 3.4-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 noyabr 2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hüquqi şəxsin mövqeyi ilə bağlı qeyd edir ki, videogörüntüdən müəyyən olunur ki, inzibati xəta aşkar edilən zaman Şəxsnə məxsus “Mitsubishi” markalı 90JO844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsündən hazırda yük daşınıbdaşınmaması soruşulmuş, sürücü isə buna “bəli” cavabını vermişdir ki, bu hal yük daşınmasının faktiki olaraq həyata keçirildiyini təsdiq edir. Həmin videogörüntüdə sürücüyə nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən, habelə sürücünün reysqabağı tibbi müayinədən keçirilməsinin qanunvericiliyin tələbi olduğu bildirilsə də, müayinə və yoxlamaların təşkil edildiyini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, videogörüntü hüquqi şəxs tərəfindən yük daşınması fəaliyyəti zamanı avtonəqliyyat vasitəsinin reysqabağı texniki vəziyyətinin yoxlanılmamasını və sürücünün tibbi müayinədən keçirilməməsini təsdiq edən sübut kimi çıxış edir və inzibati xəta haqqında protokolun faktiki hallar və qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini göstərir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında öz hesabına, yəni kommersiya məqsədi güdmədən yalnız işçilərinin və ya yüklərinin daşınmasını həyata keçirən hüquqi şəxslərin İXM-in 326-cı maddəsi üzrə inzibati xətanın subyekti hesab edilmədiyi hüquqi mövqe ifadə olunsa da, baxılan iş üzrə hüquqi şəxs tərəfindən yük daşınmasının öz hesabına və qeyri-kommersiya xarakterli olması barədə hər hansı etiraz irəli sürülməmiş, eləcə də bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. Əksinə, videogörüntüdən sürücünün hazırda yük daşındığını birbaşa təsdiq etməsi və iş materiallarında daşımaların hüquqi şəxsin fəaliyyəti çərçivəsində həyata keçirildiyinin müəyyən olunması nəzərə alındıqda, hüquqi şəxsin İXMin 326-cı maddəsi üzrə inzibati xəta subyekti kimi qəbul edilməsi üçün Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında istisna kimi göstərilən hallar mövcud deyildir və bu baxımdan hüquqi şəxsin məsuliyyətə cəlb olunması qanunvericiliyə uyğun hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 326-cı maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6511/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6511/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver