Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6524/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş idarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 05 noyabr 2024-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş idarəsi tərəfindan çıxarılmış xx.xx.2024-cü il tarixli **********9218 nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərara əsasən fərdi sahibkar Şəxs dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti həyata keçirməklə vergiləri ödəməkdən yayınması hissəsində araşdırma məqsədilə həyata keçirilən X4 zamanı onun tərəfindən yaranan suallara təhrif olunmuş, yanlış məlumatlar təqdim etmişdir. Buna görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş idarəsinin baş hüquqşünası X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Nərimanov rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində Şəxs tərəfindən dövlət qeydiyatına alınmadan, yəni VÖEN olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmiş və həmin şəxs izahatının alınması üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə dəvət olunmuşdur. Burada olan zaman şəxs Nərimanov rayon Prokurorluğu əməkdaşlarına yanlış, təhrif olunmuş məlumatlar verərək Şəxs dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddət ərzində vergilərin hesablanması, vergiləri ödəməkdən yayınması, həmçinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyatına alınmadan vurulmuş ziyanın(əldə edilmiş gəlirin) məbləği barədə məlumatın daha dolğun və ətraflı həyata keçirilməsi mümkün olmamışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs çıxış edərək bildirmişdir ki, o, VÖEN əldə etmədən öncə yalnız pedoqoji praktiki fəaliyyətlə məşğul olmuş, seminar və tədbirlərdə iştirak etmişdir. İntihar edən şəxslə bağlı ona veriliş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsi 2019-cu ildən bəri tanımışdır və aralarında dostluq münasibətləri olmuşdur. Onun adına açılmış “Kapital bank” hesabına olunmuş ödənişlər isə həmin şəxsə dostluq münasibətləri çərçivəsində verdiyi borc pul məbləğləri olmuşdur. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyildir, o prokurorluq əməkdaşlarının, eyni zamanda vergi əməkdaşlarının ondan tələb etdikləri bütün məlumatları və sənədləri ətraflı şəkildə onlara təqdim etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan: 26 avqust 2024-cü il tarixli, **********9218 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində X4nin həyata keçirilməsi qərara alınmışdır. 09 oktyabr 2024-cü il tarixli **********4703 nömrəli tələbnamədən görünür ki, Şəxs vergi nəzarətinin aparılması üçün zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. 30 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən tələbnamədə göstərilmiş sənədlərə dolğun münasibət bildirilməmiş, yoxlamaya vergi orqanında uçota alındığı tarixdən sonrakı dövrdə biznes kart hesabı üzrə apardığı əməliyyatlar barədə və 2021-2023-cü illərin müxtəlif dövrlərində ixtisas və peşə hazırlığının artırılması ilə əlaqədar ABŞ və Fransada olmağı barədə məlumat təqdim edilmişdir. Odur ki, Şəxs barəsində Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən yoxlamanı həyata keçirən orqanın vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan xx.xx.2024cü il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərədfindən alınmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs vergi orqanın əməkdaşının suallarına təhrif olunmuş cavablar vermişdir. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə VÖEN verilmişdir. 20 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 192 və 213-cü maddələrinin tərkib əlamətləri olması nəzərə alınaraq, toplanmış material ilkin materialdan ayrılmış və həmin hissədə araşdırmanın davam etdirilməsi məqsədilə istintaq aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs məxsus biznes kart hesabına 2020-ci ildən mütəmadi olaraq 50-150 manat arası ödənişlər olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə vəzifəli şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6524/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6524/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver