Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6524/2025 08.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 46/2-41087/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Hesab edirəm ki, protokol tərtib edilərkən İXM-in 100.5.3, 100.5.9 və 100.5.10-cu maddələrinin tələblərinə tam şəkildə əməl edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı və olduğu yerin ünvanı göstərilməmiş, doğum tarixi isə yanlış olaraq xx.xx.1990-cı il olaraq qeyd edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, İXM-in 232-1-ci maddəsi üzrə məsuliyyət konkret olaraq vurulmuş ziyanın məbləği ilə birbaşa bağlıdır. Maddənin dispozisiyasında açıq şəkildə göstərilir ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda, məsuliyyət yalnız vurulan ziyanın dəyərinə uyğun olaraq tətbiq edilir. Deməli, inzibati məsuliyyətin mövcudluğu və sanksiyanın ölçüsü hüquqi fakt – yəni ziyanın dəqiq miqdarı ilə müəyyən olunmalıdır. Belə olduğu halda da ziyanın məbləği protokolda dəqiq və obyektiv əsaslarla göstərilməsi vacibdir. Göstərilənlərə baxmayaraq, təqdim olunmuş protokolda ziyanın miqdarı yalnız zərərçəkmiş şəxsin subyektiv ifadəsinə istinad edilərək yazılmış, onun müəyyən edilməsi üçün xüsusi araşdırma və ya ekspert rəyi kimi müstəqil sübutlar toplanmamışdır. Bu isə İXM-in 100.5.9-cu maddəsinin – “inzibati xətanın törədilməsi zamanı maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər”, həmçinin 100.5.10-cu maddəsinin – “iş üzrə icraat üçün zəruri olan digər məlumatlar” barədə tələblərinin pozulması deməkdir. Belə şəraitdə protokol qanunun tələb etdiyi forma və məzmun standartına cavab vermədiyindən, protokolun icraata qəbul edilməsi yolverilməzdir. İXM-in 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. İXM-in 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Protokol geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6524/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6524/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver