Məhkəmə qərarları › İş №3(001)-654/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-654/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-654/2025 06.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarı əsasında X6 Azərbaycan Respublikası İXM-in 192.1 -ci maddəsilə 3500 manat cərimə edilmişdir. X1 qərardan şikayət vermiş, həmin şikayət müddət ötürülməklə verildiyindən şikayətə müddətin bərpası barədə vəsatət əlavə edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, sözügedən qərar xx.xx.2024-cü ildə X3 rəhbər olduğu "TAC” MMC-in elektron kabinetinə yerləşdirilmişdir. Qərardan narazı qaldığından xx.xx.2024-cü ildə şikayət vermişdir. Lakin şikayət məhkəməyə göndərilməli olduğu halda səhvən X7 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmişdir. Bu səbəbdən müddət ötürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış X6 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə vəsatətə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 vəsatəti əsassız hesab edərək, müddətin bərpası barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarı xx.xx.2024-cü ildə X5 rəsmi qaydada verilmişdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 -ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, X1 qərardan məhkəməyə şikayəti 23 yanvar 2025-ci ildə, yəni qanunla müəyyən edilmiş müddət bitdikdən sonra vermişdir. Bu məqamda qeyd edilməlidir ki, hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Məhz bu baxımdan qanunverici qərardan şikayət verilmə müddətini və qaydasını tənzimləyərkən şikayətin qərar tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilməsini təsbit etmişdir. Belə ki, prosessual müddətlər işdə iştirak edən şəxslər arasında müəyyənlik və sabitlik yaratmaq, onları intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Prosessual müddət məhdudiyyətlərinin olması tərəfləri əsassız çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Hüquqi müəyyənlik prinsipinin əsas meyarlarından biri də qanuni qüvvəsini almış qərarların sabitliyidir. Əks halda işlərin baxılması əsassız uzana və ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Beləliklə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılması yalnız İXM-in 130.1 -ci maddəsində qeyd olunmuş qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edildikdə mümkündür. Çünki, İXM-in 130.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki iş üzrə təsvir olunanlardan görünür ki, müddətin ötürülməsi X3 bilavasitə özü ilə bağlı olmuşdur. Belə ki, şəxs sözügedən qərarı 09 dekabr 2024-cü ildə almış və şikayəti qanunla müəyyən edilmiş müddətə əməl etməyərək 23 yanvar 2025-ci ildə məhkəməyə vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar İXMin tələblərinə riayət edilməklə çıxarılmış qərar qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müddətin bərpa edilməsilə bağlı X3 vəsatəti yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etmədiyindən İXM-in 130.1 -ci maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Odur ki, X3 müddətin bərpası barədə vəsatəti əsasında buraxılmış müddətin bərpasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpası barədə vəsatəti əsasında buraxılmış müddətin bərpasından imtina edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar