Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-655/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, X5 Xidmətinə Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahı üzrə Qarabağ və X6 zonalarında işləyən şəxslər üçün portala daxil edilmiş icazə ilə bağlı siyahı təqdim edilmişdir. Həmin siyahıda adları qeyd edilmiş bəzi şəxslərlə bağlı işçi kimi müxtəlif şirkətlər tərəfindən icazə alınsa da, həmin şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. Şəxs tərəfindən iki nəfər şəxsin – X10 və X2 əmək müqaviləsi olmadan işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edildiyi müəyyən edilmişdir. Qeyd edilən faktla əlaqədar olaraq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tam əsassızdır. Belə ki, X10 Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə fəhlə kimi işə qəbul edilmiş, həmin şəxs öz istəyi ilə işdən çıxmaq istədiyini bildirdiyi üçün xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə X4 xx.xx.2024-cü il tarixdə fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. X10 və X9 ilə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslər Şəxs tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişlər. X10 və X4 əmək müqavilələrinə xitam verildikdən sonra adlarının icazə portalından silinməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. X10 və X2 aktiv əmək müqaviləsi olmadan işğaldan azad edilmiş ərazilərə Şəxs işçisi kimi daxil olmaları ilə bağlı hər hansı sübut mövcud deyil. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirmişdir ki, onunla Şəxs arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, o, fəhlə kimi işə götürülmüşdür. O, xx.xx.2024-cü il tarixdə işləmək üçün Qarabağa getmiş, lakin iş şəraiti onu qane etmədiyinə görə bir neçə gen sonra Bakı şəhərinə qayıtmış və xx.xx.2024-cü il tarixdə işdən çıxmışdır. O, Şəxsndən işdən çıxdıqdan sonra həmin şirkət üçün hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirmişdir ki, onunla Şəxs arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və fəhlə kimi işə götürülmüş, işləmək üçün işğaldan azad edilmiş Xocalı rayonuna getmişdir. O, bir müddət işlədikdən sonra iş şəraitinə görə işləyə bilməmiş və xx.xx.2024-cü il öz xahiş ilə işdən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra heç bir yerdə işləməmiş, işləmək üçün işğaldan azad edilmiş ərazilərə getməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X10 xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X1 Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X10 və X4 əmək müqavilələrinə xitam verildikdən sonra adlarının icazə portalından silinməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilmiş, lakin həmin şəxslərin adları portaldan çıxarılmadığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti həmin şəxslərin Şəxs tərəfindən əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edildiyi qənaətinə gəlmiş və Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X10 və X4 məhkəmədə izahat verərkən onlarla Şəxs arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra hər hansı işlərin görülməsinə cəlb edilmədikllərini bildirmişlər. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan, X10 və X4 ilə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra hər hansı işlərin görülməsinə cəlb edilmələri ilə bağlı sübutlar toplanmadan Şəxs barəsində əsassız olaraq İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-655/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-655/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver