Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6554/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş X4 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat inzibati cərimə olunmuşdur. O, həmin qərardan məhkəməyə şikayət vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5103/2024 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin DYPİ-yə göndərilmişdir. Lakin yenidən araşdırma aparılmadan eyni qərar xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. Odur ki, həmin qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 47/2-24699 nömrəli qərardan məlumatı olmamışdır. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərar X2 şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5103/2024 nömrəli qərarı ilə ləğv edilmiş və yenidən araşdırma aparılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 idarəsinə göndərilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsində işə yenidən baxılaraq xx.xx.2024-cü il tarixli, 47/2-24699 nömrəli qərar qəbul edilmişdir. X1 xx.xx.2024-cü il tarixli, 47/2-24699 nömrəli qərardan deyil, təkrarən məhkəməyə xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5103/2024 nömrəli qərarı ilə ləğv edildiyindən qüvvədən düşmüşdür. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 47/2-24699 nömrəli qərardan narazı qaldığı halda məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22994236 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 47/2-24699 nömrəli qərardan narazı qaldığı halda məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-6554/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6554/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver