Məhkəmə qərarları › İş №3(001)-6567/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6567/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6567/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına vəzifəli şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X8 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli Bakı Kommersiya Məhkəməsinin e-16(113)-753/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixli "Sabit girov Müqavilə”sinə Əlavə sayılan (sabit girova dair) "girov aktı” N-01 əsasən cəmi 58 adda avadanlığın - ( 1) Altıntaş Makina-Xəmir açma aparatı; 2) Damak doner konveksiyonlu fırın elektrikli maya odalı; 3) Damak DMO90 elektrikli 3 katlı maya odalı mini katlı fırın; 4) Damak DMPM40 mikser; 5) Damak DSPM80 spiral hamur yoğurma; 6) Electrolux air-o-steam; 7) Food Mixer B10B; 8) X12; 9) Ozti fri maşını; 10) Ozti soyuducu; 11) Rational bişirmə peçi; 12) Spiral Mixer HS40; 13) Sveba Dahlin bişirmə peçi; 14) Turhan bişirmə maşını; 15) Zucehelli Formi bişirmə peçi; 16) BİLKaR soyuducu 4 gozlü; 17) Damak DMPM60 planet mikser 3 hızlı 60 İt; 18) Salva Modular bişirmə peçi; 19) X2 Fırın 3,5 m2 pişirme alanı 3 gözlü; 20) X3 Fırın 3,5 m2 pişirme alanı; 21) Bogazici 20 X13; 22) Damak DSPM80 spiral hamur yoğurma; 23) Okupos Kassa aparatı; 24) Luxury electric pover buxar aparatı; 25) Soyuducu vitrin 1 gozlü (pasta dolabı); 26) Soyuducu vitrin 3 gozlü (pasta dolabı); 27) Soyuducu vitrin 3 gozlü vitraj (kənarları dairəvi) (pasta dolabı); 28) Soyuducu vitrin 2 gozlü vitraj (pasta dolabı); 29) Soyuducu vitrin 3 gozlü vitraj (pasta dolabı); 30) İstici vitrin 1 gozlü vitraj (pasta dolabı); 31) Vidipos kassa aparatı; 32) Sadə vitrin qızdırıcı; 33) Soyuducu 4 gozlü; 34) Lainox şoklama; 35) Sgs Trio pizza peçi; 36) Proexpert pizza peçi; 37) Asrin Sogutma soyuducu vitrin; 38) edesa soyuducu; 39) edesa qabyuyan; 40) arisca fri aparatı; 41) Edesa soyutma və saxlama; 42) Sevel soyuducu dondurma kabini; 43) arisca qaz peçi 2 gözlü; 44) Atalay isitmə peçi; 45) Tescom (UPS kəsilməz cərəyan); 46) Lacinbali kofe aparatı; 47) X14 buz aparatı; 48) arisca soyuducu; 49) Maksan konveksiyon fırın; 50) Bogazici ətçəkən; 51) Ulu soyuducu 2 gözlü; 52) Qaz peçi 1 gözlü; 53) Electrolux konveksiyon peçi; 54) Azvural mikser; 55) Frenox soyuducu -2°/+8°C; 56) Sevel soyuducu vitrin; 57) Soyuducu vitrin uzun; 58) Soyuducu kabin 16 ədəd (13 soyuducu/3 şoklama)) (girov predmetlərinin)) üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. Lakin Şəxs tərəfindən məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar özbaşına olaraq istifadə edilmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtiib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şahid X9 verdiyi izahatda bildirmişdir ki, o, "BAL BADƏM" mağazasının müdiri vəsifəsində çalışmışdır. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində onun və ZİRİNC GROUP MMC-nin rəhbəri Şəxs iştirakı ilə mağaza möhürlənmişdir. xx.xx.2024-cü il tarixində saat 11:00-da mağazaya gələrək obyektin açıq olduğunu, icra məmuru tərəfindən qoyulmuş möhürlərin sökülmüş vəziyyətdə olduğunu görmüşdür. Daha sonra o, Şəxs məlumat almaq üçün zəng vurmuş, sonuncu isə ona problemin həll olduğunu bildirərək işə davam etmələrini bildirmişdir. Daha sonra o, mağazanın kameralarına baxaraq möhürün kim tərəfindən söküldüyünü müəyyən etmək istəmiş, lakin kamera həmin müddətdə işləmədəyi üçün o video-görüntüləri izləyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, eyni zamanda iclasın təxirə salınması barədə vəsatəti olmamışdır, belə olan halda, məhkəmə işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-753/2024 saylı qərardadından və həmin qərardad əsasında verilmiş eyni tarixli və eyni nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixli "Sabit girov Müqavilə”sinə Əlavə sayılan (sabit girova dair) "girov aktı” N-01 əsasən cəmi 58 adda avadanlığın - ( 1) Altıntaş Makina-Xəmir açma aparatı; 2) Damak doner konveksiyonlu fırın elektrikli maya odalı; 3) Damak DMO90 elektrikli 3 katlı maya odalı mini katlı fırın; 4) Damak DMPM40 mikser; 5) Damak DSPM80 spiral hamur yoğurma; 6) Electrolux air-o-steam; 7) Food Mixer B10B; 8) X12; 9) Ozti fri maşını; 10) Ozti soyuducu; 11) Rational bişirmə peçi; 12) Spiral Mixer HS40; 13) Sveba Dahlin bişirmə peçi; 14) Turhan bişirmə maşını; 15) Zucehelli Formi bişirmə peçi; 16) BİLKaR soyuducu 4 gozlü; 17) Damak DMPM60 planet mikser 3 hızlı 60 İt; 18) Salva Modular bişirmə peçi; 19) X2 Fırın 3,5 m2 pişirme alanı 3 gözlü; 20) X3 Fırın 3,5 m2 pişirme alanı; 21) Bogazici 20 X13; 22) Damak DSPM80 spiral hamur yoğurma; 23) Okupos Kassa aparatı; 24) Luxury electric pover buxar aparatı; 25) Soyuducu vitrin 1 gozlü (pasta dolabı); 26) Soyuducu vitrin 3 gozlü (pasta dolabı); 27) Soyuducu vitrin 3 gozlü vitraj (kənarları dairəvi) (pasta dolabı); 28) Soyuducu vitrin 2 gozlü vitraj (pasta dolabı); 29) Soyuducu vitrin 3 gozlü vitraj (pasta dolabı); 30) İstici vitrin 1 gozlü vitraj (pasta dolabı); 31) Vidipos kassa aparatı; 32) Sadə vitrin qızdırıcı; 33) Soyuducu 4 gozlü; 34) Lainox şoklama; 35) Sgs Trio pizza peçi; 36) Proexpert pizza peçi; 37) Asrin Sogutma soyuducu vitrin; 38) edesa soyuducu; 39) edesa qabyuyan; 40) arisca fri aparatı; 41) Edesa soyutma və saxlama; 42) Sevel soyuducu dondurma kabini; 43) arisca qaz peçi 2 gözlü; 44) Atalay isitmə peçi; 45) Tescom (UPS kəsilməz cərəyan); 46) Lacinbali kofe aparatı; 47) X14 buz aparatı; 48) arisca soyuducu; 49) Maksan konveksiyon fırın; 50) Bogazici ətçəkən; 51) Ulu soyuducu 2 gözlü; 52) Qaz peçi 1 gözlü; 53) Electrolux konveksiyon peçi; 54) Azvural mikser; 55) Frenox soyuducu -2°/+8°C; 56) Sevel soyuducu vitrin; 57) Soyuducu vitrin uzun; 58) Soyuducu kabin 16 ədəd (13 soyuducu/3 şoklama)) (girov predmetlərinin)) üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-753/2024 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. "xxxx" ASC tərəfindən Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, bankın nümayəndəsi mağazaya baş çəkərkən aşkar etmişdir ki, əşyaların saxlanmaq üçün təhvil verildiyi şəxslər plombları sökərək əşyalardan istifadəyə davam edirlər. xx.xx.2024-cü il tarixli tarixli aktdan görünür ki, Şəxs və X4 14 adda əmlak təhvil verilmiş və saxlanmasına dair məsuliyyət izah edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, əmlakların üzərinə həbs qoyulmasına baxmayaraq “Bal Badəm” mağazasına baxış zamanı həmin əmlakların özbaşına istifadəsinin davam etdirilməsi müəyyən edilmişdir. X6 istifadəyə dair göstərişin Şəxs tərəfindən verildiyini bildirmişdir. “Bal Badəm” mağazasının müdiri X6 2 ədəd kassa aparatı istisna edilməklə 13 adda əmlakı təhvil almış və imza etmiş, həmçinin ona CM-nin 303-cü maddəsinin məsuliyyəti təkrar izah edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların plombu Şəxs tərəfindən qanunsuz olaraq götürülmüş və əşyaların istifadəsi özbaşına bərpa edilmişdir. ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılsa da, Şəxs icra yerinə gəlməkdən yayınmışdır. xx.xx.2024-cü il tarixli telefonorqamdan görünür ki, Şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq dəfələrlə danışılmış, lakin sonuncu icra şöbəsinə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin rəhbərinin göstərişi ilə “Bal badəm” mağazasında üzərinə həbs qoyulmuş əmlakların istifadə olunduğu monitorinq zamanı müəyyən edilmişdir. ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılsa da, Şəxs icra yerinə gəlməkdən yayınmış, sonrasında isə telefon zənglərinə cavab verməmişdir. Əmlaklar yenidən plomblanmış və bütün işçilərin nəzərinə qanunvericiliyin tələbləri çatdırılmışdır. X1 Rafiq Mirzəbala oğlunun əməllərinə görə məsuliyyət daşımaq istəmədiyini bildirməklə aktı imza etməkdən imtina etmişdir Məhkəməyə təqdim olunmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, “Bal Badəm” mağazasında keçirilmiş monitorinq zamanı mağazanın fəaliyyət göstərdiyi müşahidə olunur və icra məmuru üzərinə məhdudiyyət qoyulmasına baxmayaraq özbaşına şəkildə istifadə edilən əmlakları göstərir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin cavabdeh olduğu kommersiya mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-753/2024 saylı qərardadına əsasən 56 adda əmlakın üzərinə həbs qoyulmuş, həmin qərardad əsasında icra vərəqəsi verilmiş, qeyd olunan icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə icraata başlanmışdır. Həmin tarixdə tərtib olunmuş aktla da müəyyən edilir ki, 14 adda üzərinə həbs qoyulmuş əmlak Şəxs X4 təhvil verilmiş və saxlanmasına dair məsuliyyət izah edilmişdir. Həmin əmlaklar Şəxs qanunsuz və özbaşına göstərişi əsasında istifadə olunduğu üçün xx.xx.2024-cü il tarixli aktda da öz əksini tapmış, həmçinin daha Şəxs üzərinə həbs qoyulmuş əmlakların plombunu qırması və əmlaklardan istifadəyə qanunsuz göstəriş verməsi xx.xx.2024-cü il tarixli protokolda öz əksini tapmış, hər iki dəfəsində əmlakların plombu bərpa edilməklə qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı əmlakların qanunsuz olaraq yenə istifadə olunduğu müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin cavabdeh olduğu kommersiya mübahisə üzrə üzərinə həbs qoyulmuş əmlakların üzərinə qoyulmuş plomblar sökülməklə özbaşına olaraq həmin əmlakdan istifadəyə dair "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən qanunsuz göstəriş verilməklə əmlaklardan istifadə olunmuş, bununla da məhkəmə qərardadının icrası laqeyd yanaşılmışdır. İcra məmuru xx.xx.2024-cü il tarixdə üzərinə həbs qoyulmuş əmlakları təhvil vermiş, lakin xx.xx.2024-cü il tarixdə əmlaklardan qanunsuz olaraq istifadə edildiyi müəyyən edildikdən qanunvericiliyin tələblərini izah etməklə məhkəmə qərardadının icrasını tələb etmiş, buna baxmayaraq xx.xx.2024-cü il tarix həmin əmlakların yenə də istifadə olunduğu müəyyən edilmiş yenə də zəruri tədbirlər görülərək icra sənədinə əməl olunması tələb olunmuş, yenə də icra sənədinin icrasına əhəmiyyət verilməmiş, xx.xx.2024-cü il tarixdə həmin əmlakların yenə də istifadə olunduğu müəyyən edilməmişdir. Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)- 753/2024 saylı qərardadının icrası ilə əlaqədar üzərinə həbs qoyulmuş əmlaklardan istifadə etməməyə dair icra məmurunun qanuni tələbi "xxxx" MMC-nin Şəxs tərəfindən yerinə yetirilməmiş, belə olan halda, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməyərək Şəxs vəzifəli şəxsi kimi AR İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilməlidir ki, İXM-nin tələblərinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsəsən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və vəzifəli şəxs olaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə edilməli, inzibati cərimə tənbeh tədbirinin məbləği müəyyən edilən zaman Şəxs şəxsiyyəti, törətmiş olduğu inzibati xətanın xarakteri və inzibati tənbehin məqsədlərinə nail olunması kimi hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar