Məhkəmə qərarları › İş №3(001)-657/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-657/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-657/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. X2 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, X2 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, 01.10.2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Mitsubishi Lancer” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Cəfər Xəndan küçəsində nizamlanmayan yol ayrıcını hərəkət üstünlüyü olan hər hansı avtomobilə maneə yaratmadan yol hərəkəti qaydalarına uyğun keçərkən işıqlarını söndürmüş formada sol tərəfdən gələn YPX avtomobili sürətini artırıb süni şəkildə süni yol verməmə vəziyyəti yaratmağa cəhd edərək sayrışan işıqlarını qoşub ondan dayanmağı tələb etmişdir. O, yolayrıcını keçib avtomobilini yolun kənarında saxladıqdan sonra YPX əməkdaşı ondan avtomobilin sənədini və sürücülük vəsiqəsini təqdim etməyimi tələb etmiş, o da polis əməkdaşından hansı yol hərəkəti qaydasını pozuduğunu soruşduqda sonuncu yol ayrıcını keçmə qaydalarını pozaraq YPX avtomobilinə yol vermədiyini bildirmişdir. O, polis əməkdaşına yolu keçərkən YPX avtomobili kifayət qədər uzaqda olmasını bildirmişdir. Bununla belə YPX avtomobilində əyləşmiş digər əməkdaş onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli qərarı ona təqdim etmişdir. Barəsində tərtib edilmiş qərar əsassız və qanunsuzdur. Belə ki, o, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı halda YPX əməkdaşı barəsində inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Həmçinin YPX əməkdaşları avtomobillərin sıxlığını nəzərə alıb nizamlanmayan yolayrıcını nizamlamaq əvəzinə günün alatoran vaxtında, yəni məhdud görünmə şəraitində işıqlarını söndürüb gəlməklə və o, yolayrıcı keçərkən sürətini artırıb süni “yol verməmə” görüntüsü yaratmaqla barəsində yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Bundan başqa YPX əməkdaşının çıxardığı qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə qərara aid məcburi tələbləri pozulmuşdur. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 01.10.2021-ci il tarixdə “Mitsubishi Lancer” markalı, **-NC-*** dövlət qeydiyyat nömrəli avtomobili ünvan 1 ünvanında idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 3(001)- 3635/2021 nömrəli qərarından görünür ki, X1 Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə verdiyi şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.11.2021-ci il tarixli, 3(103)-2734/2021 nömrəli qərarından görünür ki, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 3(001)-3635/2021 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli, 3(001)- 3635/2021 nömrəli qərarından görünür ki, X1 şikayəti təmin edilmiş Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.02.2022-ci il tarixli, 3(103)-297/2022 nömrəli qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. 22.01.2022-ci il tarixli, ***-**** nömrəli apellyasiya şikayətinə əlavə edilmiş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X2 01.10.2021-ci il tarixdə saat 21:09-da idarə etdiyi “Mitsubishi Lancer” markalı, **-NC-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsinə dönən zaman, nizamlanmayan yol ayrıcında hərəkət hissələrinin kəsişmə yerində tıxac yaranmasını nəzərə almadan yolayrıcına daxil olmuşdur. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X2 01.10.2021-ci il tarixdə saat 21:09-da idarə etdiyi “Mitsubishi Lancer” markalı, **-NC-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsinə dönən zaman, nizamlanmayan yol ayrıcında hərəkət hissələrinin kəsişmə yerində tıxac yaranmasını nəzərə almadan yolayrıcına daxil olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş 01.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar