Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6575/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin nümayəndəsi X5, şikayət vermiş şəxs X6 iştirakı ilə, X6 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” 07 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 (üç min) manat tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərarın surəti ona xx.xx.2024-cü il tarixində verilmişdir. Qərar qəbul edilərkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Onun təqsiri sübuta yetirilməmişdir. İş materiallarında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli olması barədə heç bir mötəbər sübut yoxdur. Belə ki, hazırki iş üzrə X4 Bakı şəhər İdarəsi tərəfindən qərar qəbul edilərkən onun təqsirli olduğu qənaətinə gəlinməsi üçün yalnız vətəndaş X2 verdiyi izahatı əsas götürülmüşdür. X3 verdiyi şikayətində göstərmişdir ki, guya 2023-cü ilin noyabr ayından 2024-cü ilin aprel ayınadək onun fəaliyyət göstərdiyi gözəllik salonunda vizajist işləri icra etmişdir. Şəlalə Mahmudovanın şikayətində göstərilən halların təsdiqlənməsi məqsədi ilə Əmək Müfəttişliyinə təqdim etdiyi şəkillər əsas götürülmüşdür. Halbuki, Şəlalə Mahmudova onun rəhbərlik etdiyi gözəllik salonunda işləmək üçün 2023-cü ilin noyabr ayında müraciət etmiş, iş bacarığı yoxlanıldıqdan sonra işə qəbulundan imtina edilmiş və həmin salonda işə başlamamışdır. 2024-cü ilin aprel ayınadək salonun xidmətlərindən istifadə etmək üçün Şəlalə Mahmudova 2 və ya 3 dəfə salonda olmuşdur. Daha sonra 2024-cü ilin aprel ayında işçiyə ehtiyac yarandığına görə, X3 işə dəvət edilmiş və aralarında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında “vizajist” vəzifəsinə işə qəbul olunmuşdur. Şəlalə Mahmudova salonda xx.xx.2024-cü il tarixinədək işləmiş, həmin tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. X3 heç vaxt onun rəhbərlik etdiyi iş yerində əmək müqaviləsi bağlanmadan hər hansı işlərə cəlb edilməmişdir və bunun əksini təsdiq edən mötəbər sübutlar işə baxan X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş materiallarına əlavə olunmamışdır. Halbuki, təqsir yalnız şübhə doğurmayan və təkzibedilməz sübutlar əsasında təsdiq edilməlidir. Odur ki, X8 Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” 07 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X11 şikayətin məzmununa uyğun izahat verib məhkəmədən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 bildirmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə X8 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 18 ünvanında yerləşən “Livello” gözəllik salonunda vizajist kimi işə başladığını lakin onunla həmin vaxt əmək müqaviləsi bağlanmadığını, xx.xx.2024-cü il tarixdə onunla X11 arasında əmək müqaviləsinin bağlanması haqqında bildirişin, xx.xx.2024-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilməsi ilə haqqında bildirişin sistemə yerləşdildiyini bildirmişdir. Bununla bağlı X8 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, X3 fərdi sahibkar X11 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Ona görə də, X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənləri nəzərə alınaraq X11 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, X2 “Livello” gözəllik salonunda əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi Şəlalə Mahmudova tərəfindən müfəttişliyə təqdim edilmiş “Votsap” sosial şəbəkəsindən çıxarılmış yazışmalarla da sübuta yetirilmişdir. Həmin yazışmaları məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlanmadan Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 18 ünvanında yerləşən “Livello” gözəllik salonunda işlərin görülməsinə cəlb edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X11 ilə X3 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən əmək müqaviləsi bağlanmış, Şəlalə Mahmudova vizajist vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X3 tərəfindən təqdim edilmiş “Votsap” yazışmalarından görünür ki, Şəlalə Mahmudovanın istifadəsində olan mobil telefon nömrəsi həmin sosial şəbəkədə yaradılmış “Livello” adlı qrupa əlavə edilmiş, sonuncu tərəfindən18 noyabr 2023-cü il tarixdən həmin sosial şəbəkədə salonda işləməsi ilə bağlı mesajlar yazılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X11 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, X11 tərəfindən X3 2023-cü ilin noyabr ayından il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə X11 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X6 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-6575/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6575/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver