Məhkəmə qərarları › İş №3(001)-662/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-662/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-662/2023 13.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada dini fəaliyyətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızının və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 680 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borcluya göndərilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə hər ay ödənilməli olan 680 manat məbləğində alimentin miqdarının çox olduğunu bildirərək, pandemiya ilə əlaqədar işsiz olması və şəkərli daibet xəstəliyindən əziyyət çəkməsi səbəbindən sonuncu dəfə sentyabr ayında 50 manat məbləğində aliment ödədiyini, alimenti ödəməyə maddi imkanının çatmadığını göstərmişdir. Daha sonra Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 3(001)-1145/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 3(001)-1145/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. Borclu Şəxs bildirişi xx.xx.2022-ci il tarixdə imza etməklə qəbul etmişdir. Borclu xx.xx.2022-ci il tarixdə icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə aliment borcunu imkanı çatdığı qədər ödəməli olduğunu, tam ödəyə bilmədiyini, borcundan 6000 manata qədər ödədiyini, hər ay 1500-1700 manat arası rəsmi ödəniş etdiyini, bundan əlavə ərzaq apardığını, qeyri-rəsmi ödənişlər etdiyini qeyd etmişdir. Şəxs bu günədək icra sənədi üzrə aliment borcunu tam icra etməmiş və nəticədə icra sənədi üzrə 19190 manat aliment borcu yaranmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 3(001)-1145/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunmasına baxmayaraq hələ də borcunu ödəməmişdir. Bu səbəbdən də, borclu tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirlərinin görülməsi üçün borclu Şəxs adına olan daşınar və daşınmaz əmlakların siyahısı sorğu edilmiş, belə ki, sonuncunun mülkiyyətində 5 daşınmaz əmlak və 4 ədəd avtomobil olması məlum olmuşdur. Həmin avtomobillərdən **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı, “X23 Prado” markalı avtomobil hazırda borclunun istifadəsindədir. Bundan başqa, Şəxs yaşadığı ünvan 2 ünvana baxış keçirilmiş, baxış keçirilən zaman həmin evin 1 ci mərtəbəsində çayxana, evin yan tərəfində avtoyuma məntəqəsi (moyka) fəaliyyət göstərdiyi məlum olmuşdur. Həmçinin, Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş aliment borcunu qərəzli şəkildə ödəmədiyi üçün ona məxsus ünvan 3 ünvanında yerləşən əmlakı hərraca çıxarılmışdır. Lakin borclu həmin əmlakın hərracadan satılmasının və tələbkara ödənilməli olan borcun ödənilməsinin qarşısını almaq məqsədi ilə əmlakın hərraca çıxarılması barədə qərardan əsassız olaraq şikayət verdiyindən hazırki vaxta qədər icra sənədi icra olunmamış və borclunun 19190 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, Şəxs maddi və əmlak vəziyyətinin yaxşı olmasına baxmayaraq, sonuncu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-335/2019 nömrəli icra sənədi üzrə aliment borcunu qərəzli olaraq ödəmir və eyni zamanda icra məmuru tərəfindən icra sənədinin icra olunması məqsədi ilə məcburi icra tədbirlərinin həyata keçirilməsinə maneələr yaradır. Bu səbəbdən Şəxs barəsində AR İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 4505/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2007ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızının və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 680 manat sabit pul məbləğində alimentin məndən tutularaq iddiaçı X3 ödənilməli olmasının qət edildiyini, barəsində olan icra sənədini icra etməkdən boyun qaçırmadığını, maddi imkanının yaxşı olmadığı üçün aliment ödənişlərini tam ödəyə bilmədiyini, ötən ilin sentyabr ayında keçmiş həyat yoldaşı X1 onun xəbəri olmadan uşaqlarını İran İslam Respublikasına apardığını, sonuncu dəfə sentyabr ayında 50 manat məbləğində aliment ödədiyini, sentyabr ayından bu vaxta qədər uşaqları ilə ünsiyyət yarada bilmədiyini, elə məhz bu səbəbdən sentyabr ayından aliment ödənişini dayandırdığını, göstərilən halların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 hüquqlarını müdafiə etdiyi Şəxs icra sənədini icra etməkdən boyun qaçırmadığını, bu səbəbdən də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-2(001)-4505/2020 saylı xx.xx.2020-ci il nömrəli icra sənədindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 3(001)-1145/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmişdir. xx.xx.2020-ci il tarixli **********16 saylı Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən iki ədəd 0,06 ha həyətyanı torpaq sahələri, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 72, mənzil 252; Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu küçəsi, ev 14, mənzil 435; Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 19, mənzil 54/55 və ünvan 4 ünvanlarında olan əmlaklar borclu Şəxs adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 8(001)-625/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Şəxs mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 72, 252 saylı mənzilin üzərinə üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 8(001)-15/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə üzərinə həbs qoyulmuş Bakı şəhəri Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 72, 252 saylı mənzilin hərracdan satılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun hərəkətlərindən Şəxs tərəfindən verilən şikayət təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-4505/2020 saylı xx.xx.2020-ci il nömrəli icra sənədi üzrə xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində aliment borcu tələbkara ödənilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-2(001)-4505/2020 saylı xx.xx.2020-ci il nömrəli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icra sənədinin könüllü icra edilməsi üşün 10 gün vaxt verilmişdir. Ağayev X16 Rayon Məhkəməsinin 2(001)-4505/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədini qərəzli olaraq icra etmədiyi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1145/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Daha sonra Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, eyni tarixdə borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş verilmiş, sonuncuya borcunu könüllü ödəməsi təklif edilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmişdir. Borclu tələbin könüllü icra edilməsi haqqında bildirişi 26 noyabr 2022-ci il tarixdə qəbul etməsinə və İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə baxmayaraq, yenidən icra sənədinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İcra sənədinin icra olunmasını təmin etmək məqsədi ilə borclunun adına hər hansı daşınar və daşınmaz əmlakların olması barədə sorğu verilmiş, həmin sorğuya əsasən borclu Şəxs mülkiyyətində beş daşınmaz əmlakın və dörd avtomobilin olması, həmin avtomobildən yalnız birinin onun istifadəsində olması müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədinin icra olunmasını təmin etmək məqsədi ilə ona məxsus ünvan 5 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuş, həmin əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edilmişdir. Borclu icra sənədinin icra edilməsindən yayınmaq məqsədi ilə əmlakın hərraca çıxarılması barədə qərardan şikayət vermiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 8(001)-15/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə üzərinə həbs qoyulmuş Bakı şəhəri Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 72, 252 saylı mənzilin hərracdan satılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun hərəkətlərindən Şəxs tərəfindən verilən şikayət təmin edilməmişdir. Bundan sonra şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs ona verilən suallara cavab olaraq icra məmuru tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsinə maneçilik törətmədiyini, əmlakın hərraca çıxarılmasından məlumatsız olduğunu, bu səbəbdən əmlakın hərraca çıxarılması barədə qərardan şikayət verdiyini bildirmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlakın hərraca çıxarılması barədə qərardan şikayət verməyini onun əmlakın hərraca çıxarılmasından məlumatsız olduğu ilə əlaqələndirsə də, icra sənədi üzrə borcunu ödəməkdən yayınmağa davam etmiş, sonuncu dəfə 2022-ci ilin sentyabr ayında hər ay ümümilikdə 680 manat aliment ödəməli olduğu halda, cəmi 50 manat pul ödəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməsindən yayınmadığı, arvadının uşaqları İran İslam Respublikasına aparması səbəbindən ödəniş etməməsi, sonuncu dəfə 2022-ci ilin sentyabr ayında 50 manat ödəniş etməsi, şəkər xəstəliyindən əziyyət çəkməsi və maddi vəziyyətinin aşağı olmasına dair verdiyi izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, arvadı tərəfindən uşaqların İran İslam Respublikasına aparılması, onun maddi vəziyyətinin aşağı olması və şəkər xəstəliyindən əziyyət çəkməsi icra sənədi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən imtina edilməsi üçün əsas olmamaqla barəbar, icra sənədinin icra edilməsindən qərəzli olaraq yayınmadır. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam olaraq sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin Binəqədi rayon Məhkəməsinin 3(001)-1145/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunduğu halda, yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 təqdim etdiyi hesabata əsasən o, məhkəmədə dövlət hesabına məhkum Şəxs hüquqlarının müdafiəsinə cəmi 5 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ olduğundan və Şəxs özünün müdafiəçisi olmadığı üçün dövlərt hesabına müdafiəçinin hüquqi yardımından istifadə etmək istədiyini bildirdiyindən həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlluna göstərilən hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə işi materiallarını araşdırıb müəyyən etmişdir ki, X14 hesabat təqdim edərək dövlət hesabına müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlluna 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar