Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-663/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X12 oğlunun, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, Qazax rayonu X9 Canalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu R.Behbudov küçəsi 9-cu mikrorayon kirayə evdə yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, «Elit» Ticarət Mərkəzinin yanında zərərçəkmiş şəxs X4 məxsus «Honor 9X» markalı mobil telefonu danışmaq adı ilə alaraq, ona qaytarmamış və həmin telefonu ələ keçirməklə talamışdır.Bu əməli ilə o, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.Həmin hadisə ilə əlaqədar xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X8 tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, «Elit» Ticarət Mərkəzinin yanında zərərçəkmiş şəxs X4 məxsus «Honor 9X» markalı mobil telefonu danışmaq adı ilə alaraq, qaytarmamış və həmin telefonu ələ keçirməklə talamışdır.Bu fakt Şəxs öz izahatı ilə təsdiq edilir.Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda, o, həmin protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X10 təmsil etdiyi şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, «Elit» Ticarət Mərkəzinin yanında ona məxsus Honor 9X markalı mobil telefonu danışmaq adı ilə alaraq, qaytarmamış və həmin telefonu ələ keçirməklə talamışdır.Zərərçəkmiş şəxs ona dəyişmiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini nəzərə alaraq ondan şikayətçi olduğunu bildirdi və məhkəmədən təqsirləndirilən şəxsin ciddi cəzalanmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru, X7 qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X2 Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə zəng etməsi faktı əsasında toplanmış material üzrə hadisəni törətmiş əməlində cinayət tərtibi olmadığından, həmin fakta görə cinayət işinin başlanılması rədd edilmişdir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsini, səmimi peşmançılığı və himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, vurulmuş ziyanı ödəmədiyini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli, Şəxs inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-663/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-663/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver