Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-663/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 210.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXMin 210.1-ci maddəsi ilə qəbul edilmişxx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində xx.xx.2013-cü il tarixdə (VOEN**********) dövlət qeydiyyatına alinmiş "X20" MMC-nin "Rinoseptoplastika" cərrahiyyə əməliyyatının icra edilməsinə lisenziyası olmadığı halda xx.xx.2022-ci il tarixdə X1 üzərində "Septoplastika" cərrahiyyə əməliyyatı ilə yanaşı funksional və estetik əməliyyat olan "Rinoseptoplastika" cərrahiyyə əməliyyatı da icra edilmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1, X2, X3, X6, X4 "X20" MMC-də düzgün əməliyyat olunmamalarına dair müraciətləri əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "X20" MMC xx.xx.2013-cü il tarixdə (VOEN**********) dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22, təsisçiləri X7r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 02 mart 2016-cı il tarixli 088687 nömrəli Lisenziyadan görünür ki, "X20" MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olmaqla bağlı lisenziya verilmişdir. xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X8 ilə "X20" MMC-nin adından X9 arasında Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22 ünvanında yerləşən 705 kv/m qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. X5 Edilməsi ilə X19 Bildirişindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə cərrah otolarinqoloq ixtisası üzrə "X20" MMC-yə işə götürülmüşdür Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AHN:046225 saylı Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X10 05 iyul 2022-ci il tarixdə otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli KEŞ-722 saylı rəyindən görünür ki, Kəmalə Sadıqovanin məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Kəmalə Sadıqovanın mütəxəssis müayinəsi zamanı onun üzərində "Rinoseptoplastika" cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, "X20”ndə Kəmalə Sadıqovanın üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "X20" MMC məhkəməyə müraciət edərək müvafiq iş üzrə protokolun düzgün tərtib edilmədiyini bildirmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi 088687 saylı isn/i - 562/2016 qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli lisenziya və xx.xx.2019-cu il tarixli lisenziyanın əlavəsində müvafiq icazələrin "xxxx" MMC-yə verildiyi bildirilmiş, qeyd olunanları nəzərə alaraq "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarın çıxarılması xahiş edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 210.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət dedikdə qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi başa düşülür. Həmin qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmədə isə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC-də X1 üzərində icra olunmuş funksional və estetik əməliyyat olan "Rinoseptoplastika" cərrahiyyə əməliyyatı həmin tibb mərkəzinə verilmiş lisenziya əlavəsi üzrə siyahılarda qeyd edilən tibb xidmətlərinə daxil deyil. Bu isə Şəxs əməlində İXM-in 210.1-ci maddəsinin tərkib əlamətinin olmasına dəlalət edir. İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 25000 (iyirmi beş min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-663/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-663/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver