Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6632/2025 09.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü PBin sahə inspekoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağstafa rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu, Xətai Ə/D, Xətai kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən, korpus 88, fərdi yaşayış evində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Goradil bağ massivində 1 ədəd 390 manat dəyərində dəmir darvaza oğurlamışdır. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 106 yerləşən evin sol hissəsindən quraşdırılmış 83 manat dəyərində su sayğacını oğurlamışdır. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsində yerləşən “Araz” Supermarketdən 1 ədəd 39,30 manat dəyərində “Nemiroff” arağı və 3 kq 60 manat dəyərində ət oğurlamışdır. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən “OBA” Marketdən 02 ədəd ümumi dəyəri 39 manat olan “Westgold” markalı, 03 ədəd ümumi dəyəri 54 manat təşkil edən “Anahor” markalı yağ oğurlamışdır. Qeyd olunanlar protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspekoru X7 inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Goradil bağ massivində 1 ədəd dəmir darvaza, xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 106 yerləşən evin sol hissəsindən quraşdırılmış su sayğacını, xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsində yerləşən “Araz” Supermarketdən 1 ədəd “Nemiroff” arağı və 3 kq ət və xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən “OBA” Marketdən 02 ədəd “Westgold” markalı, 03 ədəd “Anahor” markalı yağ oğurlamışdır. Vurulmuş zərəri ödəməmişdir. Zərərçəkmişlərin ondan haqlı narazılıqlarının olmasını nəzərə alıb ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Goradil bağ massivində 1 ədəd dəmir darvaza, xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 106 yerləşən evin sol hissəsindən quraşdırılmış su sayğacını, xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsində yerləşən “Araz” Supermarketdən 1 ədəd “Nemiroff” arağı və 3 kq ət və xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən “OBA” Marketdən 02 ədəd “Westgold” markalı, 03 ədəd “Anahor” markalı yağ oğurlamışdır. Əməlindən peşman olsa da, maddi imkanı olmadığından zərərçəkmişlərə dəymiş ziyanı ödəyə bilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material əsasında Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material əsasında Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material əsasında Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material əsasında Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.2025-ci iltarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:45-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Xəlilov X6 rayon Polis İdarəsinin 43-cü PB-yə verdiyi izahatında törətdiyi əməlləri etiraf etmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz etirafedici izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokollar və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokollar tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə törətdiyi əməli üzrə xx.xx.2024cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə olduğu təqdirdə İXM-in 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən halda, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi tarixdən üç ay hesablandıqda, inzibati tənbeh tətbiqi üçün son müddət xx.xx.2025-ci il tarixi ilə məhdudlaşır. Hazırkı vaxtda həmin müddət ötürüldüyündən, qanunvericiliyin tələblərinə görə inzibati tənbeh təyin olunması qanuni əsasdan məhrum olmuşdur. Beləliklə, Şəxs xx.xx.2024-cü il tarixdə törətdiyi əməli üzrə müddətin ötürülməsi səbəbindən bu əmələ görə inzibati məsuliyyətə cəlb etmə imkanı yoxdur və iş üzrə icraata bu hissədə xitam verilməlidir. Məhkəmə digər əməllərə münasibətdə isə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda da, məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, törədilməsi hallarını və vurduğu ziyandan ödənişlər etməməsini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, maddi ziyandan ödəniş etməmişdir, zərərçəkmiş şəxslərlə barışığı yoxdur. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-in 114.1-ci, 114.1.1-ci və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 07 sentyabr 2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6632/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6632/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver