Məhkəmə qərarları › İş №3(001)-6636/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6636/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6636/2025 09.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Hacıyev Nizami Babaşah oğlunun, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Çəmbərəkənddə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" X1 direktor müavini vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X8 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiası təmin edilmiş, “KjAR 2-1 havaayırıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların cavabdehlər – Şəxs və “Çinar – Servis” İKF-nin qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılması qərara alınmışdır. İcra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə verilsə də, təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etməsi üçün borclunun ünvanına xəbərdarlıq göndərilmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədilə ünvan 2 ünvanında yerləşən “Çinar – Servis” İKF-nin fəaliyyət göstərdiyi ünvanda olmuş və borclu Şəxs icra sənədinin icrasına mane olmağa çalışmış və müəssisənin qapısını açmamışdır. Borclu Şəxs icra sənədi üzrə tələbi icra etməyəcəyini bildirdiyini nəzərə alaraq, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə çıxış edərək bildirmişdir ki, icra sənədinin bugünədək icra olunmamasının səbəbi tərəflər arasında barışıq əldə edilməsi istiqamətində gedən danışıqlar olub. Borclu Şəxs icra sənədinin icrasından qərəzli şəkildə yayınmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə icra məmuru Asəm Əhmədovun icra sənədinin icrası ilə bağlı “Çinar – Servis” İKF-nin istehsal xəttini və qurğuların fəaliyyətini dayandırması ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Həmin qərardadın əsaslandırma hissəsində icra sənədinin icrası ilə əlaqədar icra məmurunun üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Lakin icra məmuru məhkəmənin qərardadına məhəl qoymamışdır. İcra sənədində tələbkara qaytarılması nəzərdə tutulan qurğunun sökülməsini Şəxs icra edə bilməz. Çünki sözügedən qurğunun nəzarətsiz sökülməsi ciddi fəsadlar yarada bilər. Hər hansı hadisə baş verəcəyi təqdirdə Şəxs məsuliyyət daşıyır. Borclu Şəxs qərəzli şəkildə icra hərəkətlərinin həyata keçirilməsinə heç bir maneçilik törətməmişdir. Odur ki, borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov ona verilən suallara cavab olaraq icra sənədində göstərilən qurğunun eyniləşdirilməsi ilə bağlı aktların tərtib edilməsini göstərmişdir. Lakin həmin aktlarda icra vərəqsində qeyd edilən qurğunun eyniləşdirilməsi ilə bağlı hər hansı bir müddəa olmamış, yalnız icra sənədinin icra edilməsi ilə bağlı tərəflər araslında razılıq əldə edilməsi ilə bağlı icra hərəkətlərinin təxirə salınması əks olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən “Çinar – Servis” İKF ona məxsusdur və müəssisədə quraşdırılmış, , Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-yə qaytarılması nəzərdə tutulan , “KjAR 2-1 havaayırıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar yalnız mütəxəssisin iştirakı ilə sökülməlidir. Lakin icra məmuru və cavabdeh “Çinar – Servis” İKF-nin yerləşdiyi ünvana gələrək, tələbkarın öz nümayəndələri ilə sözügedən qurğuları sökmək istəyirlər. Lakin bu hal yolverilməzdir. Çünki həyat və sağlamlıq üçün baş verə biləcək hər hansı hadisədə məsuliyyəti o daşıyır. O, icra sənədinin icrasından yayınmır, mütəxəssisin iştirakı təmin olunacağı təqdirdə icra sənədini icra edəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu izahat verərək bildirmişdir ki, o icra sənədinin icra olunmasını tələb edir. Sözügedən qurğunun sökülməsi üçün heç bir mütəxəssisin işə cəlb olunmasına ehtiyac yoxdur. Belə ki, o, bu işin mütəxəssisidir və özü tərəfindən əraziyə cəlb edilmiş nümayəndələri vasitəsilə qurğunun söküntüsü təhlükəsiz şəkildə həyata keçirilə bilər. Odur ki, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, “KjAR 2-1 havaayırıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar cavabdehlər – Şəxs və “Çinar – Servis” İKF-nin qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılmalıdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin məcburi icrası 21 iyul 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru və hal şahidləri icra sənədinin icrası məqsədilə ünvan 3 ünvanında yerləşən “Çinar – Servis” İKF-nin fəaliyyət göstərdiyi ünvanda olmuş, icra vaxtı iş üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu icra yerinə gəlməmiş, onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılan zaman o, qarşı tərəflə razılıq əldə olunması istiqamətində danışıqlar getdiyi üçün icra hərəkətlənin xx.xx.2023-cü il tarixədək təxirə salınmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru və hal şahidləri icra sənədinin icrası məqsədilə ünvan 3 ünvanında yerləşən “Çinar – Servis” İKF-nin fəaliyyət göstərdiyi ünvanda olmuş, icra vaxtı iş üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu icra yerinə gəlməmiş, onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılan zaman o, Şəxs ilə aralarında razılıq müqaviləsinin tərtib edildiyini və barışığın yekunlaşdırılması üçün icra hərəkətlərinin ən azı 10 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. “Çinar – Servis” İKF-nin xx.xx.2023-cü il tarixli müraciət məktubundan görünür ki, “Çinar – Servis” İKF ilə "xxxx" MMC arasında mübahisənin həlli ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və “Çinar – Servis” İKF ilə aralarında barışıq sazişi imzalanmış və icra olunmaqdadır. İşin yekunlaşması ilə əlaqədar olaraq icra hərəkətlərini 10 (on) gündən az olmayan müddətə təxirə salınmasını xahiş etmişdir. “Çinar – Servis” İKF-nin xx.xx.2023-cü il tarixli müraciət məktubundan görünür ki, “Çinar – Servis” İKF ilə "xxxx" MMC arasında mübahisənin həlli ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və “Çinar – Servis” İKF ilə aralarında barışıq sazişi imzalanmış, lakin rəsmiləşdirilməsi vaxtı uzanır. İşin yekunlaşması ilə əlaqədar olaraq icra hərəkətlərini 01 sentyabr 2023-cü il tarixinə təxirə salınmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru və hal şahidləri icra sənədinin icrası məqsədilə ünvan 3 ünvanında yerləşən “Çinar – Servis” İKF-nin fəaliyyət göstərdiyi ünvanda olmuş, icra vaxtı iş üzrə tərəflər razılığa gəlmişlər və xx.xx.2023-cü il tarixdə “Bütün mübahisələrin həllinə və birgə fəaliyyətinə” dair yekun barışıq sazişi barədə müqavilə tərtib edilməklə təqdim edilmişdir. Eyni zamanda rəsmi razılığın nəticəsi olaraq tələbkar 01 sentyabr 2023-cü il tarixli ərizə ilə Binəqədi rayon İcra Şöbəsinə müraciət edərək icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Sənayedə X2 və Dağ- Mədən Nəzarəti dövlət Agentliyi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, məhkəmə qərarının icrası prosesində Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında X2nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi X5 iştirak edəcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra məmuru və hal şahidləri icra sənədinin icrası məqsədilə ünvan 3 ünvanında yerləşən “Çinar – Servis” İKF-nin fəaliyyət göstərdiyi ünvanda olmuş, icra vaxtı iş üzrə borclu “Çinar – Servis” İKF-nin təsisçisi Şəxs ölkə hüdudlarından kənarda olduğu üçün hər iki tərəf icra sənədinin icrası ilə bağlı əsaslı razılıq əldə edilməsi üçün icra hərəkətlərinin xx.xx.2024-cü il tarixə təxirə salınmasını xahiş etmişlər. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmuru və hal şahidləri icra sənədinin icrası məqsədilə ünvan 3 ünvanında yerləşən “Çinar – Servis” İKF-nin fəaliyyət göstərdiyi ünvanda olmuş, icra sənədinin icrası zərurəti ilə bağlı mübahisənin predmeti olan avandanlığın istifadə olunması təkrar dayandırılmış və elektrik şəbəkəsindən ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Bakı şəhəri Sabunçu rRayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı icra sənədi üzrə “barışıq sazişinin təsdiq edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi barədə” borclu “Çinar-Servis” İKF-nin nümayəndəsi X6 ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2025 saylı, 02 may 2025-ci il tatixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Məmmədovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Çinar-Servis” İKF-nin istehsal xəttini və qurğuların fəaliyyətini dayandırması ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Həmin qərardadda icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri tədbirlər görülmədiyi, yəni icra hərəkətlərinə dair tərəflərə rəsmi məktub göndərilməklə müvafiq icra hərəkətlərinin nədən ibarət olması sadalansa da, həmin hərəkətlər tələblərə əməl edilmədən, cəlb edilmiş mütəxəssisin iştirakı olmadan icra məmuru və tələbkar tərəfindən baxış keçirilməklə borcluya məxsus olan istehsal xəttinin fəaliyyəti dayandırılmaqla elektrik enerjisindən ayrılması, həmin ayrılmadan 3 aydan artıq müddət keçməsinə baxmayaraq icra məmuru tərəfindən ölkə ərazisində mütəxəssis olmadığı əsası ilə qurğunun təhvil verilməsinə dair hər hansı icra hərəkətləri yerinə yetirilmədiyi, müvafiq orqan tərəfindən ayrılmış mütəxəssisin icra hərəkətləri zamanı iştirakı təmin edilmədiyi göstərilmişdir. Eyni zamanda icra məmuru tərəfindən qurğunun eynilik təşkil etməsinə dair mütəxəssis cəlb edilməməklə yanaşı müvafiq icra hərəkətləri natamama həyata keçirildiyi, hava kompressorunun aşkar edilməsinə baxmayaraq, əalvə qurğuların aşkar edilmədiyi və müəssisədə mövcudluğu təsdiq edilmədiyi halda bütünlüklə qurğunun fəaliyyəti dayandırıldığı, bundan sonra keçən müddət ərzində icra məmuru tərəfindən tələbkara icra xərclərinin ödənilməsi, qurğunun sökülməsi ilə bağlı hərəkətsizlik göstərildiyi əks olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(103)- 348/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(001)- 325/2025 nömrəli qərardadından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(001)- 325/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin rəisi vəzifəsinin icra edən, ədliyyə müşaviri Fuad Nəbiyev tərəfindən icra vərəqəsi üzrə tələbkar, borclu, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi, AR FHN X7 Xidmətinə, TƏBİN-in İdarə Heyətinə, AR FHN Sənayedə X2 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə ünvanlanan 26 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı icra vərəqinin icrası 09 sentyabr 2025-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Həmin məktubda icra sənədinin icra edilməsi ilə bağlı borclu Şəxs və “Çinar- Servis” İKF-in rəhbərliyinə icra vaxtı icra yerində olmaqları və həmin müddət ərzində icra sənədində göstərilən “KjAr 2-1” havaayırıcı qurğunun və həmin qurğunun tərkib hissələri ilə digər avadanlıqlarının təhlükəsizlik qaydalarına tam əməl edilməklə sökülməsini həyata keçirtməklə tələbkara qaytarılmasının təmin edilməsi və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məlumat verilməsi göstərilmişdir. "xxxx" MMC-nin direktoru Hacıyev Nizami Babaşah oğlu tərəfindən verilmiş iltizamdan görünür ki, o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı icra sənədinin icrası ilə bağlı Şəxs və “Çinar – Servis” İKF-nin qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə verilməli olan “KjAR 2-1 havaayırıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqları öz təşəbbüsü və öz hesabına sökməyə hazırdır və baş verə biləcək bütün hallarla bağlı məsuliyyəti tamamilə öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmuru və hal şahidləri icra sənədinin icrası məqsədilə ünvan 3 ünvanında yerləşən “Çinar – Servis” İKF-nin fəaliyyət göstərdiyi ünvanda olmuş, borclu sexin giriş qapılarını bağlamaqla icra sənədinin icrasına maneçilik törətmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən “KjAR 2-1 havaayırıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar cavabdehlər – Şəxs və “Çinar – Servis” İKF-nin qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılmalıdır. Lakin cavabdeh Şəxs sexin giriş qapısını bağlamaqla icra sənədinin icrasına maneçilik törətmiş, icra sənədinin icrasından yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə icra məmuru tərəfindən icra sənədinin icra edilməsi ilə bağlı zəruri tədbirlər görülmədiyindən, həmin qurğunun təhlükəli obyektlər sırasına aid edildiyindən həmin vaxt orada TƏBİB-in, FHN-in əməkdaşlarının, mütəxəssisin iştirakları təmin edilmədiyindən 09 sentyabr 2025-ci il tarixdə məcburi icra tədbirlərinin həyata keçirilməsi zamanı qapını açmadıqlarını bildirmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosun vəkili Nümayəndə şəxsin əməlində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Çinar – Servis” İKF-nin istehsal xəttini və qurğuların fəaliyyətini dayandırması ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-348/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sözügedən qərardadından tələbkar tərəfindən verilmiş olan apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-325/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadında icra sənədi üzrə icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri tədbirlər görülmədiyi, yəni icra hərəkətlərinə dair tərəflərə rəsmi məktub göndərilməklə müvafiq icra hərəkətlərinin nədən ibarət olması sadalansa da, həmin hərəkətlər tələblərə əməl edilmədən, cəlb edilmiş mütəxəssisin iştirakı olmadan icra məmuru və tələbkar tərəfindən baxış keçirilməklə borcluya məxsus olan istehsal xəttinin fəaliyyəti dayandırılmaqla elektrik enerjisindən ayrıldığı, həmin ayrılmadan 3 aydan artıq müddət keçməsinə baxmayaraq icra məmuru tərəfindən ölkə ərazisində mütəxəssis olmadığı əsası ilə qurğunun təhvil verilməsinə dair hər hansı icra hərəkətləri yerinə yetirilmədiyi, müvafiq orqan tərəfindən ayrılmış mütəxəssisin icra hərəkətləri zamanı iştirakı təmin edilmədiyi göstərilmişdir. Eyni zamanda həmin qərardadda icra məmuru tərəfindən qurğunun eynilik təşkil etməsinə dair mütəxəssis cəlb edilməməklə yanaşı müvafiq icra hərəkətləri natamam həyata keçirilmiş, hava kompressoru aşkar edilməsinə baxmayaraq, əlavə qurğuların aşkar edilmədiyi və müəssisədə mövcudluğu təsdiq edilmədiyi halda bütünlüklə qurğununun fəaliyyəti dayandırıldığı, bundan sonra keçən müddət ərzində icra məmuru tərəfindən tələbkara icra xərclərinin ödənilməsi, qurğunun sökülməsi ilə bağlı hərəkətsizlik göstərildiyi qeyd olunmuşdur. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun hərəkətlərinin qanunsuz hesab edilməsinin əsasları sadalanmış, lakin icra məmuru məhkəmənin qərardadında göstərilən xüsusatları nəzərə almamış, eyni zamanda tələbkar tərəfindən bütün məsuliyyəti öz üzərinə götürməsinə dair iltizam verilməsini əsas götürərək icra sənədi üzrə hadisə yerinə gedərək yenidən 09 sentyabr 2025-ci il tarixli akt və İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənmişdir. Belə ki, Binəqədi rayon İcra Şöbəsi tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı imzalanmış 26 avqust 2025-ci il tarixli məktubun borclu və tələbkarla bərabər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi, AR FHN X7 Xidmətinə, TƏBİB-in İdarə Heyətinə, AR FHN Sənayedə X2 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə ünvanlanmasına baxmayaraq, 09 sentyabr 2025-ci il tarixdə icra vərəqinin məcburi icra olunması həyata keçirilən zaman AR FHN X7 Xidmətinin əməkdaşının, AR FHN X7 Xidmətinin, TƏBİN-in, AR FHN Sənayedə X2 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinin nümayəndələrinin iştiakları təmin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətinin olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdə və tərtib edilmiş aktda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinə mane olma faktı öz təsdiqini tapmışdır. İcra məmurunun icra sənədinin icra edilməsi ilə bağlı hərəkətlərinin qanununiliyindən isə mülki məhkəmə icraatı qaydasında məhkəməyə şikayət vermək hüquqlarına malikdirlər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar