Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6637/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Hüquq və İR departamentinin rəisi X5, “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Hüquq və İR departamentinin rəisi X5 izahat verərək bildirmişdir ki, sözügedən şəxslər Şəxs MMC tərəfindən işçi kimi işə götürülməmiş, hər hansı işlərin görülməsinə və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. Həmin şəxslər işə girmək üçün şirkətə müraciət etsələr də, onlara yetkinlik yaşına çatmadıqları üçün yalnız valideyn icazəsinin olmasına dair blankı doldurduqdan sonra şirkət tərəfindən işə götüləcəkləri izah olunmuşdur. Hadisə baş verdikdən sonra isə onlar ərazidən çıxarılmışdır. Odur ki, Şəxs təqsirinin müəyyən olunmadığını nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkədən xahiş etmişdir. Məhkəmə iclasında “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Nümayəndə2 çıxış edərək bildirmişdir ki, Şəxs əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Şirkət tərəfindən X3 və X4 işə götürülməmişdir. Onlar şirkətə işə qəbul üçün müraciət etmiş və onlara yetkinlik yaşına çatmadıqlarından işə götürülə bilməyəcəkləri, valideyn icazəsinin olmasına dair blankı doldurmalı olduqları bildirilmişdir. Belə ki, sözügedən şəxslər şirkət tərəfindən işə götürülməmiş və işlərin görülməsi və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunmamışdırlar. Odur ki, TAC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin işçilərin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq Binəqədi rayon prokurorluğunda vermiş olduqları izahatları məhkəmə iclasında elan olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 16 noyabr 2024-cü il tarixli 2/310-1644-2 qeydiyyat nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. 06 sentyabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, vətəndaş Şərifova Almaz “Agua Vita” şirkətinin rəhbərliyindən Binəqədi rayon prokuroruna şikayət ünvanlamışdır. 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs MMC-nin direktoru X6 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3500(üç min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Yetkinlik yaşına çatmamış X2 və X1 izahatlarından görünür ki, onlarla rəsmi əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibatixəta haqqında iş üzrə icraata başlama haqqında qərar, inzibati materialda olan digər sənədlər, məhkəmə iclasında tərəflərin izahatlarının qarşılıqlı tədqiqi nəticəsində əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib, mövcud sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yetkinlik yaşına çatmamış fiziki şəxslər X3 və X4 ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının təsbit edilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli 2/310-1644-2 nömrəli qərar ilə müəyyən olunan inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmış və bu halın həqiqiliyi mübahisə doğurmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq, yəni əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə fiziki şəxslər X3 və X8 ilə müqavilə bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə– fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında əldə edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 146 və 147-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6637/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6637/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver