Məhkəmə qərarları › İş №3(001)-664/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-664/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-664/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri X14 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 fevral 2023-cü il tarixli qərara əsasən hüquqi şəxs Şəxs MMC lisenziya olmadan özəl tibbi fəaliyyətilə məşğul olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X11 bildirmişdir ki, vətəndaş X1, X2, X5, X10, X6 Şəxs MMC-də düzgün əməliyyat olunmamalarına dair müraciətləri Binəqədi rayon prokurorluğuna daxil olmuş və xx.xx.2022-ci il tarixdə Binəqədi rayon prokurorluğunda aparılan “Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyatı kitabı”nda qeydiyyata alınaraq material üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Material üzrə izahatları alınmış, xəstəlik tarixçələri götürülmüş, zəruri sorğular verilmiş, komisyon məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həkim X22 2022-ci ilin aprel-iyul aylarında “Reo X39” MMCdə həkim otorinolarinqoloq vəzifəsində işlədiyi müddətdə otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün Sertifikasiya Şəhadətnaməsi almadan və “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmadığı halda “Reo X39” MMC-də xx.xx.2022-ci il tarixdə X1 üzərində, xx.xx.2022-ci il tarixdə X6 üzərində,xx.xx.2022-ci il tarixdə X3 üzərində, xx.xx.2022-ci il tarixdə X10 üzərində, xx.xx.2022-ci il tarixdə X5 üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı ilə yanaşı “Rinoseptoplastika” cərrahiyyə əməliyyatları icra etmişdir. Qeyd olunanlara əsasən X22 və “Reo X39” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxs Şəxs MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Şəxs MMC xx.xx.2013-cü il tarixdə (VÖEN**********) dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22, təsisçiləri X16 və X21r, qanuni təmsilçi X12r. xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X13 ilə Şəxs MMC-in adından X16 arasında Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22 ünvanında yerləşən 705kv/m qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 02 mart 2016-cıl il tarixli 088687 saylı Lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olmağa lisenziya verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 02 mart 2016-cıl il tarixli 088687 saylı Lisenziyaya əlavədən görünür ki, Şəxs MMC-yə satasionar qaydada otorinolarinqologiya əməliyyatlarını, o cümlədən otorinolarinqoloji əməliyyatların yerinə yertirlməsinə icazəsi vardır. X7 Edilməsi ilə Bağlı X9 görünür ki, X22 xx.xx.2022-ci il tarixdə cərrah otolarinqoloq ixtisası üzrə Şəxs MMC-yə işə götürülmüşdür. X7 Edilməsi ilə Bağlı X9 görünür ki, X22 xx.xx.2022-ci il tarixdə cərrah otolarinqoloq ixtisası üzrə Şəxs MMC-yə işə götürülmüşdür. X8 ilə bağlı X9 görünür ki, X22 xx.xx.2022-ci il tarixdə həkim otolarinqoloq ixtisası üzrə "xxxx" MMC-yə işə götürülmüşdür. Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH№046225 saylı Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X17 05 iyul 2022-ci il tarixdə otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli KEŞ-722 saylı rəyindən görünür ki, Kəmalə Sadıqovanın məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilmədi. Kəmalə Sadıqovanın mütəxəssis müayinəsi zamanı onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. “ReoMed” X28 Sadıqovanın üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır. “ReoMed” X28 Sadıqovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş, ona “Burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” əməliyyatının icra edildiyi qeyd edilmişdir. Lakin mütəxəssis müayinəsi zamanı onun üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı ilə yanaşı “Rinoplastika” cərrahiyyə əməliyyatı da icra edilmişdir ki, bu barədə tibbi sənədlərdə qeyd aparılmamışdır. Kəmalə Sadıqovanın mütəxəssis müayinəsi zamanı hal-hazırda onda tənəffüsün çətinləşməsinin və sağ burun boşluğunda sinexiyanın, yəni burun çəpəri ilə balıqqulağı arasında bitişmənin (kobud çapıq toxuması) olduğu müəyyən edilmişdir ki, bu da “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının qüsurlu icrası ilə əlaqədardır. Tənəffüsün bərpa olunması üçün hazırda onun yenidən cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Kəmalə Sadıqovaya göstərilmiş qüsurlu tibbi xidmət və onun adına tərtib edilmiş tibbi sənədlərin təhrif edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxslər cərrahiyyə əməliyyatını icra edən Rəşad Məmmədov və baş həkimdir. Rəşad Məmmədovun müvafiq sertifıkasiya şəhadətnaməsi olmadan Kəmalə Sadıqovanın üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmamışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli KEŞ-722.4 saylı rəyindən görünür ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilmədi. Şəlalə Ağabəkovanın mütəxəssis müayinəsi zamanı onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, “ReoMed” X29 Ağabəkovanın üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır. “ReoMed” X29 Ağabəkovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş, ona “Burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” əməliyyatının icra edildiyi qeyd edilmişdir. Lakin mütəxəssis müayinəsi zamanı onun üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı ilə yanaşı “Rinoplastika” cərrahiyyə əməliyyatı da icra edilmişdir ki, bu barədə tibbi sənədlərdə qeyd aparılmamışdır. Şəlalə Ağabəkovanın mütəxəssis müayinəsi zamanı hazırda onda nəfəsalmada burun qanadlarında prolapsusun (içəri darlıq) və bununla əlaqədar burun tənəffüsünün çətin olduğu müəyyən edilmişdir ki, bu da “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının qüsurlu icrası ilə əlaqədardır. Tənəffüsün bərpa olunması üçün hazırda onun yenidən cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Şəlalə Ağabəkovaya göstərilmiş qüsurlu tibbi xidmət və onun adına tərtib edilmiş tibbi sənədlərin təhrif edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxslər cərrahiyyə əməliyyatını icra edən Rəşad Məmmədov və baş həkimdir. Rəşad Məmmədovun müvafiq sertifıkasiya şəhadətnaməsi olmadan Şəlalə Ağabəkovana üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmamışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli KEŞ-722.1 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilmədi. Gülşən İsgəndərova mütəxəssis müayinəsi zamanı onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. “ReoMed” X30 İsgəndərovanın üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır. “ReoMed” X30 İsgəndərovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş, ona “Burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika”. əməliyyatının icra edildiyi qeyd edilmişdir. Lakin mütəxəssis müayinəsi zamanı onun üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı ilə yanaşı “Rinoplastika” cərrahiyyə əməliyyatı da icra edilmişdir ki, bu barədə tibbi sənədlərdə qeyd aparılmamışdır. Gülşən İsgəndərovanın mütəxəssis müayinəsi zamanı hal-hazırda onda burun tənəffüsünün sərbəst olduğunu və hər hansı bir patoloji dəyişikliyinin olmadığını nəzərə alaraq, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı düzgün yerinə yetirilmişdir. Gülşən İsgəndərovanın adına tərtib edilmiş tibbi sənədlərin təhrif edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxslər cərrahiyyə əməliyyatını icra edən Rəşad Məmmədov və baş həkimdir. Rəşad Məmmədovun müvafiq sertifıkasiya şəhadətnaməsi olmadan Gülşən İsgəndərovanın üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmamışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli KEŞ-722.3 saylı rəyindən görünür ki, X10 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilmədi. Fidan Ələkbərzadənin mütəxəssis müayinəsi zamanı onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, “ReoMed” X35 Ələkbərzadənin üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır. “ReoMed” X35 Ələkbərzadənin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş, ona “Burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika”. əməliyyatının icra edildiyi qeyd edilmişdir. Lakin mütəxəssis müayinəsi zamanı onun üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı ilə yanaşı “Rinoplastika” cərrahiyyə əməliyyatı da icra edilmişdir ki, bu barədə tibbi sənədlərdə qeyd aparılmamışdır. Fidan Ələkbərzadənin mütəxəssis müayinəsi zamanı hal-hazırda onda burun tənəffüsünün sərbəst olduğunu və hər hansı bir patoloji dəyişikliyinin olmadığını nəzərə alaraq, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyat düzgün yerinə yetirilmişdir. Fidan Ələkbərzadənin adına tərtib edilmiş tibbi sənədlərin təhrif edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxslər cərrahiyyə əməliyyatını icra edən Rəşad Məmmədov və baş həkimdir. Rəşad Məmmədovun müvafiq sertifıkasiya şəhadətnaməsi olmadan Gülşən İsgəndərovanın üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmamışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli KEŞ-722.2 saylı rəyindən görünür ki, X5 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilmədi. Vüsalə Şamilovanın mütəxəssis müayinəsi zamanı onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, “ReoMed” X31 Şamilovanın üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır. “ReoMed” X31 Şamilovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş, ona “Burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” əməliyyatının icra edildiyi qeyd edilmişdir. Lakin mütəxəssis müayinəsi zamanı onun üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı ilə yanaşı “Rinoplastika” cərrahiyyə əməliyyatı da icra edilmişdir ki, bu barədə tibbi sənədlərdə qeyd aparılmamışdır. Vüsalə Şamilovanın mütəxəssis müayinəsi zamanı hal-hazırda onda burun tənəffüsünün sərbəst olduğunu və hər hansı bir patoloji dəyişikliyinin olmadığını nəzərə alaraq, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyat düzgün yerinə yetirilmişdir. Vüsalə Şamilovanın adına tərtib edilmiş tibbi sənədlərin təhrif edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxslər cərrahiyyə əməliyyatını icra edən Rəşad Məmmədov və baş həkimdir. Rəşad Məmmədovun müvafiq sertifıkasiya şəhadətnaməsi olmadan Gülşən İsgəndərovanın üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X15 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmiş, X22 və “Reo X39” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmişdir. Beləliklə, təsvir olunanlardan göründüyü kimi, Şəxs MMC-in “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına lisenziyası olmamış, buna baxmayaraq həkim X22 2022ci ilin aprel-iyul aylarında “Reo X39” MMC-də sertifikasiya şəhadətnaməsi almadan və “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmadığı halda xx.xx.2022-ci il tarixdə X1 üzərində, xx.xx.2022-ci il tarixdə X6 üzərində, xx.xx.2022-ci il tarixdə X3 üzərində, xx.xx.2022-ci il tarixdə X10 üzərində, xx.xx.2022-ci il tarixdə X5 üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatları icra etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar