Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-665/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri X5 tərəfindən Şəxs barəsində İXM-in 210.1-ci maddəsi ilə 13 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Həmin qərar əsasən, Şəxs lisenziya olmadan özəl tibbi fəaliyyətilə məşğul olmuşdur. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 210.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Şəxs xx.xx.2013-cü il tarixdə (VÖEN**********) dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22, təsisçiləri X7 və X10r, qanuni təmsilçi X3r. xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 ilə Şəxs adından X7 arasında Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22 ünvanında yerləşən 705kv/m qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 02 mart 2016-cıl il tarixli 088687 saylı Lisenziyadan görünür ki, Şəxsnə özəl tibb fəaliyyəti ilə məşğul olmağa lisenziya verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 02 mart 2016-cıl il tarixli 088687 saylı Lisenziyaya əlavədən görünür ki, Şəxsnə satasionar qaydada otorinolarinqologiya əməliyyatlarını, o cümlədən otorinolarinqoloji əməliyyatların yerinə yertirlməsinə icazəsi vardır. X2 Edilməsi ilə X16 Bildirişindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə cərrah otolarinqoloq ixtisası üzrə Şəxsnə işə götürülmüşdür. Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH№046225 saylı Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X8 05 iyul 2022-ci il tarixdə otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 722-1/KEŞ nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilmədi. Gülşən İsgəndərova mütəxəssis müayinəsi zamanı onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, “ReoMed” X14 İsgəndərovanın üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır. “ReoMed” X14 İsgəndərovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş, ona “Burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika”. əməliyyatının icra edildiyi qeyd edilmişdir. Lakin mütəxəssis müayinəsi zamanı onun üzərində “Septoplastika”. cərrahiyyə əməliyyatı ilə yanaşı “Rinoplastika” cərrahiyyə əməliyyatı da icra edilmişdir ki, bu barədə tibbi sənədlərdə qeyd aparılmamışdır. Gülşən İsgəndərovanın mütəxəssis müayinəsi zamanı hal-hazırda onda burun tənəffüsünün sərbəst olduğunu və hər hansı bir patoloji dəyişikliyinin olmadığını nəzərə alaraq, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı düzgün yerinə yetirilmişdir. Gülşən İsgəndərovanın adına tərtib edilmiş tibbi sənədlərin təhrif edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur. Buna məsul şəxslər cərrahiyyə əməliyyatını icra edən Rəşad Məmmədov və baş həkimdir. Rəşad Məmmədovun müvafiq sertifikasiya şəhadətnaməsi olmadan Gülşən İsgəndərovanın üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X6 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmiş, X11 və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmişdir. Təsvir olunanlardan göründüyü kimi, Şəxs “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına lisenziyası olmamış, buna baxmayaraq həkim X11 2022-ci ilin apreliyul aylarında Şəxsndə sertifikasiya şəhadətnaməsi almadan və “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icrasına səlahiyyəti olmadığı halda xx.xx.2022-ci il tarixdə X1 üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatları icra etmişdir. Məhkəmə, Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-665/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-665/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver