Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6656/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli, EQ 24685786 saylı “inzibati xəta haqqında” qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sonradan o, məhkəməyə ərizə ünvanlayaraq, şikayətindən imtina etdiyini göstərmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə hesab edir ki, şikayət verən şəxs C.C.Sevdimlinin ərizəsi qəbul edilməli və onun tərəfindən verilmiş inzibati xəta haqqında qərardan şikayət ona qoşma edilmiş sənədlərlə birlikdə C.C.Sevdimliyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 19 noyabr 2024-cü il tarixli, EQ 24685786 saylı “inzibati xəta haqqında” qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-6656/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6656/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver