Məhkəmə qərarları › İş №3(001)-666/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-666/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-666/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Akif oğlunun, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-də operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Akif oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Akif oğlunun İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 22.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Akif oğlu məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, orta təhsillidir və "xxxx" ASC-də operator işləyir. Əməlindən peşmandır. Narkotikdən asılılığı yoxdur, çünki daimi istifadəçi deyildir. Əməlindən çox peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati həbs seçilərsə iş yerini itirə bilər. Protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, ərazidə baş verən oğurluq hadisələri ilə bağlı Şəxs Akif oğlu özünü şübhəli apardığı üçün ona yaxınlaşmış və özünü təqdim etməsini tələb etmişdirlər. Şəxsiyyət vəsiqəsi üzərində olmamaış və həmin şəxsi PB-nin növbətçi hissəsinə təhvil vermişdirlər. PB-də onun əvvəllər CM –nin 177.1-ci maddəsi ilə məhkum olunduğu məlum olmuşdur. O tibbi müayinədən keçirilmiş və müayinənin nəticəsində narkotik (heroin) istifadəçisi olduğu məlum olmuşdur. Məhkəmə iclasında Şəxs Akif oğlunun hüquqlarını müdafiə edən vəkil inzibati xətanın mövcud olduğunu, lakin təqsirləndirilən barəsində səmimi peşman olması və iş yeri olmasını, həbs ediləcəyi halda işini itirə biləcəyini nəzərə alaraq barəsində yüngül intizam tənbeh tədbirini seçilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İş materiallarında əlavə edilmiş 22.02.2022-ci il tarixli, AZA №017191 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Akif oğlu 22.02.2022-ci il tarixdə, ssat 03.00-da inzibati qaydada tutulmuşdur. Şəxs Akif oğlunun həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. AR İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməklə məşğul olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin əməklə məşğul olmasını, rəsmi iş yerinin olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alınaraq törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə olan halda Şəxs inzibati qaydada tutulmadan azad olunmalı və Vəkil məhkəmə baxışı zamanı göstərdiyi hüquqi xidmətə görə 36 manat pul dövlət büdcəsi hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Akif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Akif oğlu inzibati qaydada tutulmadan azad olunsun. Vəkil məhkəmə baxışı zamanı göstərdiyi hüquqi xidmətə görə 06 saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN-**********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB**********0321701115, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar