Məhkəmə qərarları › İş №3(001)-6661/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6661/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6661/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Qazaxıstan Respublikasının vətəndaşı Akhmetova Dananın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “inzibati tənbeh vermə haqqında” 19 noyabr 2024-cü il tarixli, ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qazaxıstan Respublikasının vətəndaşı Akhmetova Dana məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “inzibati tənbeh vermə haqqında” 19 noyabr 2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi Akhmetova Dana və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs 29 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin ərizəsi qəbul edilməli, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “inzibati tənbeh vermə haqqında” 19 noyabr 2024-cü il tarixli, ******* nömrəli qərarından Akhmetova Dana tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar