Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6668/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Verdiyev Elcan Elşad oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi:
1. İşin faktiki halları Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, Şəxs 25 noyabr 2024-cü il tarixdə saat 18 radələrində Binəqədi rayonu ərazisində Binəqədi PPXB əməkdaşlarının tələbinə tabe olmadığından polis əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Bölmədə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Binəqədi rayonu, Avtovağzal ərazisində qanunsuz taksi fəaliyyəti məşğul olmaqla ucadan çağırışlar edərək avtomobillərin normal hərəkətinə mane olmuş, ona yaxınlaşan polis əməkdaşlarını görüb onlardan yayınmaq məqsədi ilə qaçmışdır. Bu zaman PPXB əməkdaşları Şəxs təqdib edərək onu saxlamış və sənədlərini təqdim etməsini tələb etmişlər. Sonuncu isə polisə heç bir sənəd təqdim edə bilmədiyindən bölməyə dəvət edilmişdir. Bölmədə tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətadan peşman olduğunu, 2 övladının onun himayəsində olduğunu, analarının onları tərk etdiyini və ailəsində yeganə qazanc gətirən şəxs olduğunu, rayonlara sərnişin daşımaqla pul qazandığını qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Həmçinin İlqar adlı polis nəfəri ona ciddi xəsarətlər yetirdiyini bildirmiş, məhkəmə zalında baş verənlərin əyani sübutu kimi üstbaşının hələ də qan olduğunu və paltarlarının cırıldığını göstərmiş və ona qarşı zorakılıq üçün lazımı tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri X1 izahatında bildirmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat 18 radələrində Binəqədi rayonu ərazisində qeyri-qanuni sərnişin daşıma ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri X6 ilə birlikdə reyd aparan zaman bir nəfər şəxsin yüksək səslə sərnişin çağırdığını aşkar edib ona yaxınlaşıb özlərini təqdim edən zaman adı sonradan məlum olan Şəxs özünü şübhəli apararaq onlardan qaçmağa başlamışdır. Onlar da həmin şəxsin arxası ilə düşüb onu “Ozan Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlamışlar. Həmin şəxs tərəfimizdən saxlanılan zaman ucadan nalayiq ifadələr səsləndirməklə, özü-özünü vurmuş və üst geyimini çıxarıb yenidən qaçmağa cəhd göstərmişdir. Bundan sonra əl efiri vasitəsi ilə dəstək çağırılmış və sonuncu patrul avtomobilinə əyləşdirilən zaman yenidən tabesizlik göstərməyə başlamışdır. Şəxs avtomobilə əyləşdikdən sonra da, özünün üzünə zərbələr endirməyə başlamış və onların ünvanına qeyri-etik ifadələr səsləndirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri X6 bildirmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat 18 radələrində Binəqədi rayonu ərazisində qeyri-qanuni sərnişin daşıma ilə bağlı xidmətdə olarkən bir nəfər şəxsin sərnişin çağırdığını aşkar edib onun arxasınca qaçıb həmin şəxsi saxlamışlar. Lakin həmin şəxs polisin tələbinə tabe olmayaraq onları təhqir etmiş və özüözünə zərbələr yetirmişdir. Həmçinin ona verilən sualara cavab olaraq bildirmişdir ki, Şəxs tərəflərindən saxlanılan zaman onunla bilikdə daha 3 polis nəfəri olmuşdur.
2. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 25 noyabr 2024-cü il tarixdə saat 18:25-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 noyabr 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 3.Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də şahidlərin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən halla yanaşı, onun şəxsiyyətini, yəni himayəsində 2 övladının olmasını, onları təkbaşına böyüdən ata olmasını, eləcə də ailəsində yeganə qazanc gətirən şəxs olmasını olmasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Hal-hazırkı vəziyyət qiymətləndirilməklə barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova