Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-667/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 210.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXMin 210.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində xx.xx.2013-cü il tarixdə (VOEN**********) dövlət qeydiyyatına alinmış Şəxs MMC-nin “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının icra edilməsinə lisenziyası olmadığı halda xx.xx.2022-ci il tarixdə X1 üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı ilə yanaşı funksional və estetik əməliyyat olan “Rinoseptoplastika” cərrahiyyə əməliyyatı da icra edilmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1, X2, X3, X6, X4 "X20" MMC-də düzgün əməliyyat olunmamalarına dair müraciətləri əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "X20" MMC xx.xx.2013-cü il tarixdə (VOEN**********) dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22, təsisçiləri X7r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 02 mart 2016-cı il tarixli 088687 nömrəli Lisenziyadan görünür ki, "X20" MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olmaqla bağlı lisenziya verilmişdir. xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X8 ilə "X20" MMC-nin adından X9 arasında Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 22 ünvanında yerləşən 705 kv/m qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. X5 Edilməsi ilə X19 Bildirişindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə cərrah otolarinqoloq ixtisası üzrə "X20" MMC-yə işə götürülmüşdür Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AHN:046225 saylı Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X10 05 iyul 2022-ci il tarixdə otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli KEŞ-722 saylı rəyindən görünür ki, Kəmalə Sadıqovanın məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Kəmalə Sadıqovanın mütəxəssis müayinəsi zamanı onun üzərində "Rinoseptoplastika" cərrahiyyə əməliyyatının icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan cərrahiyyə əməliyyatı funksional və estetik əməliyyatdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, "X20”ndə Kəmalə Sadıqovanın üzərində cərrahiyyə əməliyyatının icrasına qeyd olunan klinikanın lisenziyası olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-666/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(001)-666/2023 saylı inzibati iş 3(001)-663/2023 saylı işinə birləşdirilmiş və bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-664/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir və həmin qərar hazırda qüvvədədir. Belə olan halda Şəxs eyni inzibati xətanın törədilməsinə görə yenidən inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. İXM-in 9-cu maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 34-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 53 və 53.0.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsi faktına görə inzibati tənbeh etmək haqqında hakimin ləğv edilməmiş qərarı olduğundan, Şəxs barəsində qəbul edilmiş 13 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında Binəqədi rayon Prokuroru tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qərarlar üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-667/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-667/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver