Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6672/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin (bundan sonra BDYPİ) “inzibati tənbeh vermə haqqında” qərarlarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 BDYPİ-nin 03 sentyabr 2024-cü il tarixli, EQ 23363113 saylı, 04 sentyabr 2024cü il tarixli, EQ 23380773 saylı və 14 sentyabr 2024-cü il tarixli, EQ 23585571 saylı qərarlarından şikayət verərək, həmin qərarlara əsasən ona təyin edilmiş cərimələrin, balların silinməsi, həmin cərimə və balların X3 adına qeydə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında F.T.İsmayılov şikayəti müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, "xxxx" MMC-də sürücü işləyir. 17 noyabr 2024-cü il tarixdə o, həmin MMCnin balansında olan və hazırda onun tərəfindən idarə edilən zaman yol polisi “Hyundai H100” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatmış, həmin vaxt ona məlum olmuşdur ki, barəsində şikayət verdiyi qərarlar üzrə onun adına inzibati cərimələr və cərimə balları hesablanmışdır. O, dərhal Binəqədi rayon Polis İdarəsinin Dövlət X9 müraciət edərək, 18 noyabr 2024-cü il tarixdə sözügedən qərarları əldə etmişdir. Bu vaxtadək onun həmin qərarlardan məlumatı olmamışdır. Qərarların tərtib edildiyi tarixlərdə həmin avtomobil onun tərəfindən deyil, MMC-nin digər işçisi X6 tərəfindən idarə edilmişdir. Buna dair sübutu mövcuddur və şikayətinə qoşma olaraq əlavə edilmişdir. Sonda F.T.İsmayılov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar BDYPİ-yə və maraqlı şəxs qismində X5 məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, BDYPİ tərəfindən səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş, A.Mahamayev isə heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - BB381222 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai H100” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. - 03 sentyabr 2024-cü il tarixli, EQ 23363113 saylı “inzibati tənbeh vermə haqqında” elektron qərara əsasən, 03 sentyabr 2024-cü il tarixdə, saat 13:00-da “Hyundai H100” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə görə X2 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - 04 sentyabr 2024-cü il tarixli, EQ 23380773 saylı “inzibati tənbeh vermə haqqında” elektron qərara əsasən, 04 sentyabr 2024-cü il tarixdə, saat 12:14-də “Hyundai H100” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə görə X2 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - 14 sentyabr 2024-cü il tarixli, EQ 23585571 saylı “inzibati tənbeh vermə haqqında” elektron qərara əsasən, 14 sentyabr 2024-cü il tarixdə, saat 14:02-də “Hyundai H100” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə görə X2 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - "xxxx" MMC-nin 22 noyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, MMC-nin balansında olan “Hyundai H100” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2024-cü il avqust-sentyabr aylarında X6 tərəfindən idarə olunmuşdur. Tətbiq edilən hüquq: Məhkəmə hazırki şikayətə baxılması ilə bağlı qüvvədə olan qanunvericiliyin aşağıdakı müddəalarını qeyd edir: İXM-nin: - 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. - 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarlardandır. - 134.1-ci maddəsin əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. - 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat cərimə nəzərdə tutulmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətə qoşma edilmiş sübutları araşdıraraq, habelə, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutmaqla, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan “inzibati tənbeh vermə haqqında” qərarlar X1 adına tərtib edilməsinə baxmayaraq, "xxxx" MMC-nin 22 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, “Hyundai H100” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2024-cü il avqust-sentyabr aylarında X4 tərəfindən idarə edilməmişdir. Bununla da, belə nəticəyə gəlinir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır, bu isə qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsasdır. Lakin, məhkəmə onu da qeyd edir ki, mövcud inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə əsasən, İXM-nin 327.1-1-ci maddəsi üzrə inzibati araşdırma aparılması səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına verilmişdir. Buna görə də, törədilmiş əməldə həmin maddə üzrə inzibati xəta hadisəsinin olub-olmaması, hadisənin kim tərəfindən törədilməsinin müəyyən edilməsi məhz həmin orqanın səlahiyyətlərinə aiddir. Belə olan halda məhkəmə barəsində şikayət verilmiş hazırki qərarlar üzrə təyin edilmiş inzibati cərimələrin X3 adına rəsmiləşdirilməsi deyil, sözügedən inzibati xəta hadisələrinin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi üçün müvafiq araşdırmanın aparılmasının icra hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin “inzibati tənbeh vermə haqqında” qərarlarından şikayəti qismən təmin edilsin. Onun barəsində tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli, EQ 23363113 saylı, 04 sentyabr 2024-cü il tarixli, EQ 23380773 saylı və 14 sentyabr 2024-cü il tarixli, EQ 23585571 saylı qərarlar ləğv edilsin, həmin qərarlar üzrə inzibati xəta haqqında işlərə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilsin. Şikayət qalan hissələrdə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-6672/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6672/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver