Məhkəmə qərarları › İş №3(001)-6678/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6678/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6678/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Şikayətçi X3 vəkili “Yusif Allahveriyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şikayətçi X6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24697508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi xx.xx.2024-cü il tarixli, EQ 24697508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2024-cü il tarixində, saat 16:19 radələrində ünvan 1 ünvanında ona məxsus “RANGE ROVER" minik markalı, 10- OS-709 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmuş, ona xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə (svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, EQ24697508 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin həmin qərar əsassızdır. Belə ki, X8 həmin zaman heç bir yol hərəkəti qaydasını pozmamışdır. Barəsində inzibati icraat aparılan şəxs X8 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı onun xətanı törətməsinə münasibəti öyrənilmədən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, inzibati qanunvericiliyin tələblərinə əsasən yol polisi əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X4 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməlidir. Səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və sair) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Bundan əlavə, X8 tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, inzibati xətanın törədilməsi tarixi xx.xx.2024-cü il kimi qeyd edilsə də, inzibati xətaya dair protokol və inzibati tənbehvermə haqqında qərar ondan bir gün sonra, xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Hazırkı məsələ səlahiyyətli orqanın qanunvericiliyin tələblərini pozmaqla qərar qəbul etməsini təsdiq edən digər haldır. Halbuki, qanunverciliyin tələblərinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxsin vəkili X5 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında, xx.xx.2024-cii il tarixli, EQ24697508 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinii xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Elektron kabinetdən çıxarışlardan görünür ki, X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə və məhkəməyə təqdim edilmiş videogörüntü ilə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X6 svetaforun yaşıl işığı yansa da, hərəkət hissələrinin kəsişməsində tıxacın olmasına baxmayaraq, ona məxsus nəqliyyat vasitəsi ilə hərəkətinə davam etmişdir. “Yol-hərəkəti haqqında” AR qanunun 75-ci maddəsində isə yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxacın yarandığı müşahidə olunarsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsinin qadağan olması konkret olaraq müəyyən edilmişdir. İXM-in 327.2-ci maddəsinin tələblərinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Belə ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə və izahatında göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24697508 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24697508 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi xx.xx.2024-cü il tarixli, EQ 24697508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar