Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-669/2020 12.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bağırlı Günay Suliddın qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində AP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “Mercedes Benz E200 minik” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir.Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, xx.xx.2020-ci il tarixdə Şəxs MMC barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin direktoru X3 izahatında bildirdi ki, DYP tərəfindən göndərilən sorğu şirkətə rəsmi olaraq təqdim edilməmişdir.Onun rəhbərlik etdiyi MMC-də sorğunu alması iddia olunan Xankişiyev soyadlı şəxs işləmir.Belə ki, o, MMC-də işləyən şəxslər barədə əmrlərin surətlərini və reyestri məhkəməyə təqdim etmişdir.Buna görə də, o, Şəxs MMC barəsində tərtib olunmuş AP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolu əsassız hesab edərək icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şəxs MMC-nin direktorunun çıxışını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs MMC nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)- 669/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Lakin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-740/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Şəxs MMC-nin şikayəti qismən təmin edilərək, Binəqədi rayon Məhkəməsinin 3(001)-669/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş araşdırma aparılaraq qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməklə işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinəəsasənhüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-740/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Şəxs MMC-nin şikayəti qismən təmin edilərək, Binəqədi rayon Məhkəməsinin 3(001)- 669/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş araşdırma aparılaraq qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməklə işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir.Məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərpoçt MMC Milli Operatoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən məlum olur ki, 72 saylı poçt şöbəsinin və xidmət ərazisinin poçtalyonunun yazılı məlumatlarında Şəxs MMC-nin daxili prosedur qaydalarına əsasən şirkətə kənar şəxslər buraxılmadığı üçün bu ünvana daxil olan məktublar şirkətin mühafizəçisinə təqdim olunur. Forma-8 çatdırma vərəqi və Forma-119 xəbərnamə blankında olan imzaların kimə məxsusluğu araşdırılarkən əməkdaşları imzaların şirkətin mühavizəçisi Səxavət Xankişiyevə məxsus olduğunu bildirmişdir.Lakin, Şəxs MMC-nin direktoru X3 tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqavilələrinə və cəmiyətdə əmək müqaviləsi ilə işləyən şəxslər barədə reyestrdən çıxarışdan məlum olur ki, şirkətin Səxavət Xankişiyev adlı işçisi yoxdur.Belə olan halda DYP tərəfindən göndərilmiş sorğunun Şəxs MMC tərəfindən rəsmi olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilməz.Hazırkı məqamda Şəxs MMC -nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-669/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-669/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver