Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-670/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X3 inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli EQ 25725043 nörməli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli EQ 25725043 nörməli qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xətanın törədildiyi yer Xızı rayonu Giləzi kəndidir. Şikayətdən görünür ki, X1 yaşayış yeri ünvan 1 ünvandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə olan halda aydın olur ki, X2 şikayətlə inzibati xətanın törədildiyi yer üzrə Xızı Rayon Məhkəməsinə müraciət etməli, şikayətinə yaşayış yeri üzrə baxılmasını istədiyi halda isə şikayətə buna dair vəsatət əlavə etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli idi. Mövcud halda, yəni iki seçim imkanı olduğu üçün məhkəmə hesab edir ki, şikayət geri qaytarılmaqla vətəndaş X4 öz seçimi üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli EQ 25725043 nörməli qərardan verdiyi şikayət geri qaytarılsın. X4 izah edilsin ki, sözügedən şikayətlə inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-670/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-670/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver