Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6708/2025 10.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi, polis mayoru X1 və Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1, 342.5, 327.3, 333-1.1-ci maddələri ilə tərtib olunmuş İXP saylı ******* saylı inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiallara baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 332.1, 342.5, 327.3, 333-1.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5, 327.3, 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və materiallar araşdırılarkən müəyyən edildi ki, məhkəməyə eyni şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. 3(001)-6708/2025 və 3(001)-6707/2025 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər 3(001)-6707/2025 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrinə əsasən, qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 3(001)-6708/2025 saylı və 3(001)-6707/2025 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Həmin işlərə 3(001)-6707/2025 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6708/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6708/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver