Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-671/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə, X1 ərizəsinə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən e t d i m: X2 ərizə ilə 23 fevral 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir.Belə ki, şikayət ərizəsi düzgün tərtib olunmamış, şikayət ərizəsi, səhvən ərizə adlandırılmış, tərəf rekvizitləri, o cümlədən inzibati orqanın adı və ünvanı, mübahisələndirilən qərarın tarixi və nömrəsi ərizədə göstərilməmişdir.Bundan başqa, şikayətçi tələbini də dəqiq göstərməmiş və inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb edib-etməməsini müəyyən etmək mümkün deyildir.Həmçinin, İnzibati xəta haqqında qərarın mübahisələndirilməsi ərizə formasında deyil, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati qərarın mübahisələndirilməsi qaydasında baxıla bilər. Belə olan halda, hesab edirəm ki, şikayətə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin” 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyatı barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Hesab edirəm ki, X4 şikayətin forma və məzmununa əməl etmədiyindən, inzibati xəta haqqında qərardan şikayət verməli olduğu halda ərizə verdiyindən, mübahisələndirilən qərarın nömrə və tarixini və onu qəbul edən inzibati orqanın adı və ünvanını göstərmədiyindən, tələbi isə qeyri-dəqiq olduğundan ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: X1 ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, şikayətçi qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən aidiyyatı üzrə müvafiq məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-671/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-671/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver