Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6724/2024 29.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis kapitanı X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları baxılmağa hazırlanması zamanı müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs idarə etdiyi “Mercedes Benz E320” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, Şəxs idarə etdiyi “Mercedes Benz E320” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolunda İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Daha sonra şəxsin izahatı alınmış və onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxs məhkəməyə təqdim edilməmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokol və digər iş materiallarının tərtib edilməsi qaydasını müəyyən etməklə hakim və ya səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və ya işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi və həmin sənədlərin natamamlığı məsələsinin araşdırılmasını həvalə etmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6724/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6724/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver