Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6737/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X10, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X11, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X6 iştirakı ilə, 27 iyul 1976-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment X8 tutularaq Mahmudova (Həsənova) Ülkər Atamalı qızına verilməlidir. X4 icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 02 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X17 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment X8 tutularaq Mahmudova (Həsənova) Ülkər Atamalı qızına verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Lənkəran rayon İcra şöbəsinin icraatına daxil olmuş, 2023-cü ilin oktyabr ayında isə aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş X4na rəsmi qaydada verilmişdir. X16 2023-cü ilin oktyabr ayından sonra hər ay ödənişlər etsə də, onun 3264 manat ödənilməmiş aliment borcu vardır. Tələbkar aliment borcunun tam və birdəfəyə ödənilməsini tələb etdiyindən X4na pulun ödənilməsi təklif edilmiş, lakin o, maddi imkanı olmadığını bildirərək, aliment borcunu birdəfəyə ödəyə bilməyəcəyini göstərmişdir. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment X8 tutularaq Mahmudova (Həsənova) Ülkər Atamalı qızına verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarı və borcun könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Bu günə kimi 6400 manat ödəniş etmişdir. 3264 manat borcun yaranmasının səbəbi onun aliment ödəməkdən boyun qaçırması ilə bağlı olmamışdır.Belə ki,həmin borc 2023-cü ilin oktyabr ayına kimi yaranmışdır. Həmin dövrdə icraçıya müraciət edərək alimenti ödəmək üçün kart və ya hesab nömrəsi verilməsini istəmiş, lakin ona nə kart, nədə ki, hesab nömrəsi təqdim edilməmişdir. Bununla belə o, aylıq aliment məbləğindən artıq miqdarda pulu uşaqlarına xərcləmiş, onlar üçün bazarlıq etmiş, zəruri ehtiyaclarını ödəmişdir. Bu səbəbdən tələbkar həmin dövrdə alimentin ödənilmədiyi barədə heç bir orqana müraciət etməmişdir. Bundan başqa nikah pozulandan sonra da tələbkar uşaqlarla birlikdə ona məxsus evdə yaşamış, kirayə mənzil tutmaq məcburiyyətində qalmamışdır. Bir neçə gün öncə uşaqları ona müraciət edərək mobil telefon istədiklərindən onlara 2500 manat dəyərində 2 ədəd mobil telefon almış, gündəlik olaraq cibxərcliyi vermişdir. 3264 manat aliment borcu bu günə kimi ondan tələb edilməmiş, o da öz növbəsində həmin pulu sadaladığı işlərlə vermiş olduğunu düşünmüşdür. Tələbkar hazırda borcun ödənilməsini tələb edirsə, bunun üçün zəruri tədbirlər görüb aylıq aliment məbləğindən artıq, yəni hər ay 450 manat aliment ödəməklə borcu bağlayacaqdır. Bütün bunlara baxmayaraq icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X14 aliment borcunu ödəmədiyi üçün X16 barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment X8 tutularaq Mahmudova (Həsənova) Ülkər Atamalı qızına verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün X4na məlumat verilmişdir. İcra işindən və tərəflərin izahatlarından görünür ki, X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 6400 manat aliment ödəmişdir. Bundan başqa sözügedən icra sənədi 2023-cü ilin oktyabr ayından aidiyyəti üzrə Binəqədi Rayon İcra şöbəsinə göndərildikdən sonra hər ay üzrə müəyyən edilmiş 386 manat alimenti vaxtı-vaxtında ödəmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Belə ki, icra məmuru məhkəmədə təsdiq etmişdir ki, borclu X2 icra vərəqəsinin icrası qaydasında 6400 manat məbləğində aliment ödəmişdir. İcra sənədi 2023-cü ilin oktyabr ayından aidiyyəti üzrə Binəqədi Rayon İcra şöbəsinə göndərildikdən sonra hər ay üzrə müəyyən edilmiş 386 manat alimenti vaxtı-vaxtında ödəyir. Yaranmış 3264 manat borc icra sənədi Lənkəran şəhər İcra şöbəsinin icraatında olmuş 2023-cü ilin oktyabr ayına qədər olan dövrdə yaranmışdır. Məhkəmə qeyd edir ki, 3264 manat aliment borcu birdən-birə həmin miqdarda yaranmamışdır. 2023-cü ilin oktyabr ayına qədər yaranmış borca görə 2024-cü ilin dekabr ayında inzibati xəta haqqında protokol tərtib edilməsi əsaslı hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər (4 ay) uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. X3 3264 manat aliment borcu olduğu 2023-cü ilin oktyabr ayında icra orqanına məlum idi, lakin həmin orqan aşkar inzibati xəta hadisəsi olduğu halda vaxtında heç bir təsir tədbiri görməmiş, əksinə borclu həmin vaxtdan sözügedən icra vərəqəsinin icrası qaydasında hər ay müəyyən edilmiş alimenti ödəmişdir. Bundan başqa, X4 aliment borcunu ödəməkdən imtina etmir, bunun üçün zəruri tədbirlər görüb aylıq aliment məbləğindən artıq miqdarda, yəni hər ay 450 manat aliment ödəməklə borcu bağlayacağını bildirir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olduğunu, tələbin yönəldilməsi mümkün olan əmlakını və pul vəsaitini gizlətməsini, habelə borcu tam ödəmək imkanı olduğu halda kiçik məbləğdə ödəniş etməsini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X16 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X15 iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X13 cəmi 2 saat müddətdə hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclasında iştirak etmiş, işin materialları və icra işi ilə tanış olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X16 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X13 göstərdiyi cəmi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 12 (on iki) manat ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6737/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6737/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver