Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6770/2024 24.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi ilə, X2 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. X3 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana məlumat verilsə də, proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Cəfər Xəndan küçəsindən Azadlıq prospekti istiqamətinə idarə etdiyi nəqliyyat vasitəsi ilə dönmə etmişdir. Orada yolun hər iki istiqamətində təhlükəsiz şəhər kameraları mövcuddur. Həmin ərazidə hər zaman DYP əməkdaşı dayanır. Cəfər Xəndan küçəsindən Azadlıq prospekti istiqamətində dönərkən dayanıb yolun yuxarı hissəsindən gələn nəqliyyat vasitələrinə yol vermək lazımdır. Onun qabağında başqa nəqliyyat vasitəsi olmuş və həmin avtomobil keçmişdir. Artıq işıqforun sarı işığı yandıqda, qarşıdan bir avtomobil gəlmiş və bu zaman o yolu keçmişdir. Bu zaman DYP əməkdaşı ona əli ilə saxla işarəsi vermişdir. DYP əməkdaşı şəxsi mobil telefonu ilə qeydə aldığı görüntüləri ona göstərmiş və o da qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli olduğunu, o o nəqliyyat vasitəsidən də sonra keçdiyini bildirmişdir. Həmçinin polis əməkdaşına qarşıdan gələn avtomobil işıqforun qırmızı işığı yanarkən keçdiyindən digər avtomobili saxlamalı olduğunu bildirmişdir. Digər nəqliyyat vasitəsi ilə aralarında olan məsafə isə böyük olmuşdur. Məhkəmədən şikayətimin təmin olunmasını xahiş edirəm. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 5330/2024 nömrəli qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nörməli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinib, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
7. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X2 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-5330/2024 nömrəli qərarı ilə X2 vermiş olduğu şikayət əsasında barəsində qəbul edimiş TP ******* nörməli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilmişdir. Səlahiyyətli orqan tərəfindən sözügedən məhkəmə qərarı əsasında müvafiq araşdırma aparılmış və X2 təqsirli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsiri sübuta yetirildiyindən barəsində həmin maddə ilə tənbeh tətbiq edilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirərək buna dair sübutunun olduğunu göstərsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilən hallarla X3 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə heç bir inzibati xəta törətmədiyini bildirməsi ilə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.
8. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
15. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova