Məhkəmə qərarları › İş №3(001)-678/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-678/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-678/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32 V, mənzil 3 olan Şəxs Mənzil Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativi xx.xx.2021-ci il tarixə keçən gecə Şəxs Mənzil Tikinti Kooperativi əməkdaşları tərəfindən vətəndaşlar X8, X9 və X2 məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış obyektinin arxa divarı sökülmüş və qeyd olunan mülkiyyətçilərə ümumilikdə 4 686,5 manat məbləğində ziyan vurmuşdur. Bu əməli ilə MTK, İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərar qəbul edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə - hal-hazırda, Şəxs MTK ilə şikayətçilər arasında barışıq əldə edildiyindən və ziyan tam ödənildiyindən və bu fakt vətəndaşların ərizəsinə əsasən təsdiq olunduğundan MTK barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi rayon prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən protokolu tərtib edən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Mənzil Tikinti Kooperativinin İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Nəsimi rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X7 qərarın təsviri hissəsində göstərilənlərə əsasən 327-C-21 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərarın surəti X5 göndərilməsi və ona qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ izah edilməsi, Şəxs MTK barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün toplanmış material rayon prokurora təqdim edilmsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev, vətəndaş X3 ərizəsi əsasında toplanmış Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2327-c-21 saylı materialı nəzərdən keçirərək hüquqi ünvanı ünvan 3alace» Mənzil Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan vətəndaş X3 məhkəməyə ünvanladığı ərizəyə əsasən məlum olur ki, qeyri-yaşayış sahəsinin sökülməsi və əvəzində yeni yaşayış binasında qeyri-yaşayış sahəsinin verilməsinə dairŞəxsMTK ilə onun arasında barışıq əldə edildiyindən və ziyan ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vətəndaş X6 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən məlum olur ki, qeyri-yaşayış sahəsinin sökülməsi və əvəzində yeni yaşayış binasında qeyri-yaşayış sahəsinin verilməsinə dair ŞəxsMTK ilə onun arasında barışıq əldə edildiyindən və ziyan ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vətəndaş X1 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən məlum olur ki, qeyri-yaşayış sahəsinin sökülməsi və əvəzində yeni yaşayış binasında qeyri-yaşayış sahəsinin verilməsinə dairŞəxsMTK ilə onun arasında barışıq əldə edildiyindən və ziyan ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vətəndaş X3 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən məlum olur ki, qeyri-yaşayış sahəsinin sökülməsi və əvəzində yeni yaşayış binasında qeyri-yaşayış sahəsinin verilməsinə dair ŞəxsMTK ilə onun arasında barışıq əldə edildiyindən və ziyan ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Mənzil Tikinti Kooperativi İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir.Həmçinin, hesab edirəm ki, ŞəxsMTK tərəfindən çoxsaylı vətəndaşlara məxsus qeyri-yaşayış sahəsi qanunsuz olaraq və məhkəmə qərarı olmadan sökdüyündən MTK inzibati qaydada cəzalanmalıdır, eyni zamanda sonradan MTK ilə ilə vətəndaşlar arasında razılığın əldə olunduğudan və ziyan ödənildiyindən bu fakt yüngülləşdirici hal kimi nəzərə alınmalı və MTK minimum həddə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və vurulmuş ziyanın bir misli 4 686,5 (dörd min altı yüz səksən altı manat 50 qəpik) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar