Məhkəmə qərarları › İş №3(001)-68/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-68/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-68/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Halbuki o, «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. Həmin avtomobilə dair onun adına etibarnamə verilsə də, sürücülük hüququ məhdudlaşdırıldığından avtomobili idarə etmir, «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobil atası Heydər Cəfərov tərəfindən idarə olunur. Belə ki, sözügedən avtomobil atası Heydər Cəfərova məxsusdur. Belə olan halda, yəni törətmədiyi xətaya görə ona cərimə yazılması qanuni və əsaslı deyil. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin avtomobil X3 məxsusdur. Eibarnamədən görünür ki, «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 hüququ olduqda idarə etməyi həmin avtomobili idarə etməyi X4 etibar etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Azərbaycan Respublikası İXM-in 332.3-cü və 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilmişdir. EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün kimliyini müəyyən etmək mümkün deyil. Beləliklə işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X5 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilsə də, onun inzibati xətanın törədildiyi vaxt «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Belə ki, A.Cəfərzadə bildirir ki, sürücülük hüququ məhdudlaşdırıldığından həmin avtomobili idarə etmir, eyni zamanda inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün məhz A.Cəfərzadə olduğunu müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda «LEXUS LX 450 minik” markalı 10OB300 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 25047640 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar