Məhkəmə qərarları › İş №3(001)-680/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-680/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-680/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan X4 iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən Binəqədi rayon Məhkəməsinə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli, MN №0944864 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, X1 rayonu mərkəzdə saat 15:35 radələrində əl-qol hərəkətləri ilə müqavimət göstərərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X10 məhkəmədən Elsəvər Məmmədovun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. T.Mirzəbəyov məhkəmənin sualına cavab olaraq polis əməkdaşlarının Şəxs əlqol hərəkətləri ilə müqavimət göstərərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş şəxs X9 bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. xx.xx.2021-ci il tarixdə işdən evə gələrkən Binəqədi rayon mərkəzdə lotereya satışı olan yere yaxışlaşmış və bir neçe lotereya almışdır. Sonra siqaret çəkmək üçün kənara çəkilmiş və bu zaman polis əməkdaşları ona yaxışlaşaraq tibbi masakadan düzgün istifadə etməyini tələb etmişlər. Ondan şəxsiyyət vəsiqəsini tələb edərək PB-nə dəvət etmişlər. O, ilkin olaraq polis əməkdaşları ilə razılaşmamış, sonra isə razılaşaraq PB-nə getmişdir. O, polisə qarşı heç bir hörmətsizlik etməyib. Polisin dəvətinə tabe olmuş və müqavimət göstərməmişdir. Qeyd edilənləri nəzərə alıb, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Vəkil X9 tərəfindən polisə müqavimət, qanuni tələblərə riayət etməmə halının öz təsdiqini tapmadığını bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri, polis serjantı X13 göstərdi ki, X1 rayonu mərkəzdə saat 15:35 radələrində əl-qol hərəkətləri ilə müqavimət göstərərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarını araşdırıb, müqayisəli şəkildə təhlil edib iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi nəticəsinə gəldim. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN №0944864 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X9 X1 rayonu mərkəzdə saat 15:35 radələrində əl-qol hərəkətləri ilə müqavimət göstərərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2021-ci il tarixli raportda isə qeyd edilmişdir ki, saat 15.35 radələrində 43-cü PB-nin 19 saylı piyada marşurutunda Binəqədi mərkəz adlanan ərazidə xidmətdə olarkən bir nəfər şəxsin avtobus dayanacağında tibbi maskasız olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək, tibbi maskadan istifadə etməsini tələb etmişlər. Vətəndaş isə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək polis əməkdşlaına qarşı əl-qol hərəkətləri etmiş, səs-küy salaraq özünü haqlı çıxarmağa çalışmışdır. Polis əməkdaşları həmin şəxsə bildirmişdirlər ki, polis bölməsinə getməlidir, lakin o, olara qarşı müqavimət göstərərək maneçilik göstərirdi. Buna görədə, 43-cü Polis Bölməsinə gətirib təhvil vermişlər, bölmədə aydın oldu ki həmin şəxs X6r. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin məhkəmə araşdırması zamanı X4 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta müəyyən edilməmişdir. Belə ki, Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması hərəkəti nədə ehtiva olunduğu inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərlə müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, maddənin məzmunundan aydın olur ki, şəxs o halda inzibati xəta törətmiş hesab edilir ki, o ictimai qaydanı mühafizə edən polis işçisi və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmasın. İş materiallarından görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq PB-nə getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. (İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsi). Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Hesab edirəm ki, inzibati xəta haqqında materialda olan sübutlarla X4 polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da inzibati xəta hadisəsinin olması halı sübut edilmədiyindən, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar