Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6800/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları: 1.Məhkəmənin icraatına X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş: 2.İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. 3.Belə ki, şikayətdən görünür ki, X1 yaşayış yeri (yazışmaların aparılması üçün ünvan) şikayətdə göstərilməmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir.
5. Göründüyü kimi, qanun hakimin üzərinə icraatında olan inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına inzibati xəta haqqında iş üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsi vəzifəsini qoymuşdur.
6. Məhkəməyə müraciət etmiş inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının yaşayış yerini (yazışmaların aparılması üçün ünvanı) şikayətdə göstərməməsi isə bu vəzifəni həyata keçirməyə, yəni inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısına inzibati xəta haqqında iş üzrə sənədlərin sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsini mümkünsüz edir.
7. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.2-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasını istisna edən hallar mövcud olub-olmadığını həll etməlidir.
9. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq,
qərara aldım:
X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Aytəkin İbrahimova