Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6842/2025 15.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X1, Müdafiəçilər “EKOL” vəkil bürosunun vəkilləri X2 və X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Amil Rzaievin iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ukrayna Respublikası, Kiyev şəhərində doğulmuş, Ukrayna Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda müvəqqəti qeydiyyata alınmış və həmin ünvanda yaşayan Amil Rzaiev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs (FİN: xxxxxxx) xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Xocasən qəsəbəsi saxlanılmış və yoxlama zamanı psixotrop maddə olan metamfetamin qəbul etdiyi aşkarlanmışdır. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X4 bildirmişdir ki, sistemdən aşkar edilmiş məlumatlara əsasən protokolda Şəxs qeyd edilmişdir. Həmin şəxsiyyət vəsiqəsi 16 yaşına çatmayan şəxslərə verilmiş şəkilsiz vəsiqələrdəndir. Həmin vəsiqə aşkar edilmiş, ona görə də, protokolda həmin vəsiqədəki FİN kod qeyd edilmişdir. Daha sonra Ukrayna Respublikasından aldığı sənədlər əsasında soyadını başqa göstərmişdir. Bu hərbi xidmətə getməmək və sair digər öhdəliklərini yerinə yetirməmək məqsədi ilə ola bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Amil Rzaiev bildirmişdir ki, xx.xx.1999-cu il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində doğulmuşdur və Ukrayna Respublikası vətəndaşıdır. MYİ seriyalı, 756351 nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi də vardır. Ondan izahat alınmamışdır. O, Ukrayna Respublikasının vətəndaşı kimi doğulmuş, ilk dəfə Azərbaycan Respublikasına 2017-ci il tarixdə gəlmişdir. Atası əslan Cəlilabad rayonundandır. Məhkəmə iclasında “EKOL” vəkil bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs əslində hansısa bir videoya görə saxlanılmışdır. O, video kimə göndərilib, nə üçün göndərilib, məlumatları yoxdur. Şəxsin məhkəmə qarşısına çıxarılmasına səbəb həmin videodur, heç bir psixotrop maddə qəbulundan söhbət gedə bilməz. Məhkəmə iclasında “EKOL” vəkil bürosunun vəkili X6 bildirmişdir ki, vəkil olaraq orderləri olduğu halda səhər saatlarından bölmənin qarşısında olsalar da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozularaq vəkil kimi icraatda iştiraklarına imkan verilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, o cümlədən protokol tərtib etmiş polis əməkdaşına müvafiq suallar ünvanlasa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini dəqiq olaraq müəyyən etmək mümkün olmamışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər siyahısında portaldan çıxarış əlavə olunmuşdur. Həmin portal sənədində vəsiqənin nömrəsi olaraq ********, FİN kod olaraq xxxxxxx, ad, soyad, ata adı olaraq Şəxs, doğum yeri olaraq Cəlilabad rayonu, Zəhmətabad kəndi, doğum tarixi olaraq xx.xx.1999-cu il tarix, qeydiyyat ünvanı olaraq Cəlilabad şəhəri, Füzuli küçəsi, ev 20 ünvanı, vəsiqənin verilmə tarixi olaraq xx.xx.2024-cü il tarix qeyd edilmişdir. Məhkəmə tərəfindən həmin portal sənədinə əsasən xəta törətməsi ehtimal edilən şəxsin şəxsiyyətinin məlum olduğu qənaətinə gəlinərək iş icraata qəbul edilmişdir. Lakin, məhkəmə iclasında şəxsiyyəti dəqiqləşdirilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs soyadının “Rzaiev” olmasını, özünün Azərbaycan Respublikası deyil, Ukrayna Respublikası vətəndaşı olmasını, Ukrayna Respublikası vətəndaşı olaraq xx.xx.1999-cu il tarixdə həmin ölkədə doğulduğunu və Azərbaycan Respublikası ərazisinə ilk dəfə 2017-ci il tarixdə gəldiyini bildirmişdir. Onun müdafiəçiləri tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamədə X8 xx.xx.1999cu il tarixdə Ukraynanın Kiyev şəhərində anadan olması öz təsdiqini tapır. Həmçinin PU seriyalı, 792365 nömrəli Ukrayna Respublikası vətəndaşının pasportundan görünür ki, Rzaiev Amil xx.xx.1999-cu il tarixdə Kiyev şəhərində anadan olmuşdur. Göründüyü kimi protokol tərtib etmiş orqanın məhkəməyə təqdim etdiyi sənədlərdə şəxsin xx.xx.1999-cu il tarixdə Cəlilabad rayonu, Zəhmətabad kəndində doğulması göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlərində onun xx.xx.1999-cu il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində anadan olması göstərilmişdir. Qeyd edilən ziddiyyətli hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətinin müəyyən edilməsini mümkünsüz edir ki, bu da işə mahiyyəti üzrə baxılmasına mane olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət olunmasının təmin edilməsi üçün şəxsin yaşı, Azərbaycan Respublikası vətəndaşı yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olması mühüm əhəmiyyət kəsb edir. Əks təqdirdə tətbiq edilən tənbeh işin hallarına uyğun olmaya bilər. Buna görə də, məhkəmə indiki halda işə baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsini mümkünsüz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraatın şəxsiyyəti dəqiq müəyyənləşdirilmədiyindən və bu barədə məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və məhkəmə iclasında qeyd edilən materialları işə baxılarkən tamamlamaq mümkün olmadığından təqdim edilmiş inzibati xəta haqqında iş materialı geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X11 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən, məhkəmə QƏRARA ALDİ: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6842/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6842/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver