Məhkəmə qərarları › İş №3(001)-6861/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6861/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6861/2024 12.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə rəisi, polis mayoru X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in DYPŞ-in Yol patrul xidməti inspektoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, avto-təmir sexində mühərrik ustası işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 510, 511.1.3 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB və Binəqədi RPİ-in DYPŞ tərəfindən tərtib olunmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə 08 dekabr 2024-cü il tarixli İXP seriyalı № ******* saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 11 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün xx.xx.2024-cü ildə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə Binəqədi RPİ-in DYPŞ tərəfindən tərtib edilmiş 08 dekabr 2024-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola eyni vaxtda bir icraatda baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Sözügedən inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək 08 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində “VAZ 21074 minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi yolu ilə hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün yol patrul xidməti inspektoru tərəfindən ona “saxla” işarəsi verilmiş, lakin o, avtomobili saxlamayaraq yüksək sürətlə uzaqlaşmağa başlamış, bu zaman avtoxuliqanlıq, yəni onun tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, o cümlədən avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına yol vermiş, avtomobili olduqca təhlükəli idarə etdiyi üçün yol patrul xidməti avtomobilləri tərəfindən təqibi dayandırılmışdır. 11 dekabr 2024-cü ildə saat 13 radələrində “VAZ 21074 minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yer Biləcəri qəsəbəsində müəyyən edilmiş, həmin nəqliyyat vasitəsi cərimə duracağına təmin edilmişdir. Bundan sonra 11 dekabr 2024-cü ildə cərimə duracağına gələn Şəxs səs-küy salıb xırda xuliqanlıq etmiş, ətrafdakıları özünü yandıracağı ilə hədələyib polisin ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanın mühafizəsi vəzifəsini yerinə yetirmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, uzun müddət tabesizlik göstərmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 510, 511.1.3 və 535.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Buna baxmayaraq “VAZ 21074 minik” markalı **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Əvvəllər avtoxuliqanlıq etdiyi üçün barəsindəki material yetkinlik yaşına çatmadığı nəzərə alınaraq rayon İcra hakimiyyətinin müvafiq komissisiyasına göndərilmişdir. 08 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində “VAZ 21074 minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi yolu ilə hərəkətdə olarkən yol patrul xidməti inspektoru tərəfindən ona “saxla” işarəsi verilmiş, avtomobili dayandırmışdır. Sonra inspektor onu buraxmışdır. Bu zaman heç bir avtoxuliqanlıq etməmişdir. 11 dekabr 2024-cü ildə avtomobilinin cərimə duracağına aparıldığını eşidib ora getmişdir. Avtomobili səliqəsiz şəkildə duracağa aparıldığına görə polislə aralarında mübahisə olmuşdur. Bu zaman xırda xaliqanlıq etməmiş, polisə tabesizlik göstərməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in DYPŞ-in Yol patrul xidməti inspektoru polis serjantı X2 bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək 08 dekabr 2024cü il tarixdə gecə saat 01 radələrində “VAZ 21074 minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi yolu ilə hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilmiş, lakin o, avtomobili saxlamayaraq yüksək sürətlə uzaqlaşmağa başlamışdır. Bu zaman avtoxuliqanlıq, yəni onun tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, o cümlədən avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına yol vermiş, avtomobili olduqca təhlükəli idarə etdiyi üçün onun təqibini dayandırmışlar. 11 dekabr 2024-cü ildə saat 13 radələrində “VAZ 21074 minik” markalı **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yer Biləcəri qəsəbəsində müəyyən edilmiş, həmin nəqliyyat vasitəsi cərimə duracağına təmin edilmişdir. Az sonra cərimə duracağına gələn Şəxs səs-küy salıb xırda xuliqanlıq etmiş, ətrafdakıları özünü yandıracağı ilə hədələyib polisin ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanın mühafizəsi vəzifəsini yerinə yetirmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, uzun müddət tabesizlik göstərmişdir. Dəfələrlə onu intizama dəvət etsələr də, nəticəsi olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə rəisi, polis mayoru X5 protokolun məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in DYPŞ-in Yol patrul xidməti inspektoru polis serjantı X6 bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək 08 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində “VAZ 21074 minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi yolu ilə hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilmişdir. Lakin o, avtomobili saxlamayaraq yüksək sürətlə uzaqlaşmağa başlamışdır. Bu zaman avtoxuliqanlıq, yəni yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, o cümlədən avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına yol vermiş, avtomobili olduqca təhlükəli idarə etdiyi üçün onun təqibini dayandırmışlar. 11 dekabr 2024-cü ildə saat 13 radələrində “VAZ 21074 minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yer Biləcəri qəsəbəsində müəyyən edilmiş, həmin nəqliyyat vasitəsi cərimə duracağına təmin edilmişdir. Az sonra cərimə duracağına gələn Şəxs səs-küy salıb xırda xuliqanlıq etmiş, ətrafdakıları özünü yandıracağı ilə hədələyib polisin ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanın mühafizəsi vəzifəsini yerinə yetirmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, uzun müddət tabesizlik göstərmişdir. Dəfələrlə onu intizama dəvət etsələr də, nəticəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə görə Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: ..511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokollar, raportlar, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərinin və şahidin izahatları, videogörüntülər və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510, 535.1-ci və 511.1.3-cü maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmaqla törətmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni avtoxuliqanlıq hərəkətləri etməklə inzibati xəta törədilməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi cəmiyyətdə mənfi emosiyalar doğurur və yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılmasına öz mənfi təsirini göstərir. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh təyin edilməli və avtoxuliqanlığa görə nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması əsas tənbehə əlavə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətlərinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması səlahiyyətli orqanın səlahiyyətinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə məsuliyyət məsələsi Binəqədi RPİ-in DYPŞ tərəfindən həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 511.1.3-cü və 535.1-ci maddələri ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar