Məhkəmə qərarları › İş №3(001)-6877/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6877/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6877/2024 26.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Naziliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-in direktoru Heybətov Nizami Fətulla oğlunun iştirakı ilə, "xxxx" MMC, AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 72A, mənzil 35, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 04 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən hüquqi şəxs "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Naziliyinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-in direktoru Heybətov Nizami Fətulla oğlu izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarlar nəzərə alınmaqla hüquqi şəxs "xxxx" MMC-in 2022-ci il üçün məfəət bəyannaməsindən görünür ki, cəmiyyət kiçik sahibkarlıq subyektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsi isə kiçik sahibkarlıq subyektlərinin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb edilməsini istisna edir. Qeyd olunanlara əsasən iş üztə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi şəxs "xxxx" MMC-in 2022-ci il üçün məfəət bəyannaməsindən görünür ki, cəmiyyət kiçik sahibkarlıq subyektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Göründüyü kimi qanunverici məhdud məsuliyyətli cəmiyyətlərin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb ediilməsini nəzərdə tutsa da, bu qayda mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilmir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC kiçik sahibkarlıq subyekti olduğundan 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamaqla qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC-in barəsində tərtib edilmiş 04 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar