Məhkəmə qərarları › İş №3(001)-6881/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6881/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6881/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Beyləqan rayonu Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bəyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2 və 332.4-cü maddələri ilə Binəqədi RPİ-in DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2 və 332.4-cü maddələri ilə 22 aprel 2024-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2024-cü ildə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2024-cü ildə saat 12:30-da Binəqədi rayonu Sulutəpə qəsəbəsində VAZ 2107 minik markalı 90LF497 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yolnəqliyyat hadisəsi törətmiş, nəticədə vətəndaş X2 idarə etdiyi Renault Tondar minik markalı 99GG607 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2 və 332.4-cü maddələri ilə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Buna baxmayaraq “VAZ 21074 minik” markalı 90LF497 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə vətəndaş X2 idarə etdiyi Renault Tondar minik markalı 99GG607 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Həmin zərəri ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis mayoru X3 bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2024-cü ildə saat 12:30-da Binəqədi rayonu Sulutəpə qəsəbəsində VAZ 2107 minik markalı 90LF497 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yolnəqliyyat hadisəsi törətmiş, nəticədə vətəndaş X2 idarə etdiyi Renault Tondar minik markalı 99GG607 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Onun barəsində qeyd olunan maddələrlə inzibati xəta haqqında protokol tərtib etmiş, lakin Şəxs çağırış üzrə gəlməkdən yayındığı üçün onu məhkəməyə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, raport, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32.1.7-ci maddəsinə əsaslanmaqla vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətlərinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması səlahiyyətli orqanın səlahiyyətinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2-ci maddələri ilə məsuliyyət məsələsi Binəqədi RPİ-in DYPŞ tərəfindən həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar