Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6884/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X2 xidmətinin 1 saylı Bakı Regional bölməsinin nümayəndəsi X3, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X2 xidmətinin 1 saylı Bakı Regional bölməsinin baş məsləhətçi-müfəttişi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 264.0.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X2 xidmətinin 1 saylı Bakı Regional bölməsi tərəfindən Şəxs barəsində İXM-in 264.0.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 4, 3024-cü məhəllədə inşa edilmiş 12 mərtəbəli yaşayış kompleksinin zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2025-ci il tarixdə aparılan qazıntı işləri zamanı Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinin balansında olan 2 ədəd içməli su xətti zədələnmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X2 xidmətinin 1 saylı Bakı Regional bölməsinin nümayəndəsi X5 bildirmişdir ki, bölmənin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərində sudan istifadə və mühafizə qaydalarına, həmçinin qanunvericiliyin tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə bölmənin xx.xx.2025-ci il tarixli, 043 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı müəyyən edilmişdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində "xxxx" MMC-yə məxsus 12 mərtəbəli binanın zirzəmi girişində Şəxs tərəfindən aparılmış qazıntı işləri zamanı ADSEA-nın balansında olan, diametri 80 və 50 mm olan iki ədəd içməli su xətti zədələnmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X2 xidmətinin 1 saylı Bakı Regional bölməsinin baş məsləhətçi-müfəttişi X4 nümayəndənin fikirləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, bildirmişdir ki, qeyd edilənlər düzdür. Lakin bir neçə il əvvəl onlar zirzəmiyə su axması ilə bağlı məhkəməyə müraciət etmişlər. Bununla bağlı məhkəmənin qərarı mövcuddur. Boruları çürüdüyünə görə uzun müddət ərzində zirzəmiyə su axmışdır. Zirzəmiyə giriş açmaq üçün qazıntı işləri aparılarkən su xətləri zədələnmişdir. Lakin halhazırda xətlər bərpa olunmuşdur. O, hal-hazırda əməlindən peşman olduğunu bildirib məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, 3024-cü məhəllədə yerləşən 12 mərtəbəli yaşayış binasının zirzəmisi "xxxx" MMC tərəfindən Şəxs satılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X2 xidmətinin 1 saylı Bakı Regional bölməsinin xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, Binəqədi, Sabunçu və Nərimanov rayonlarının ərazisində 5 gün müddətinə monitorinq və nəzarət tədbirlərinin aparılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 4, 3024-cü məhəllədə inşa edilmiş 12 mərtəbəli yaşayış kompleksinin yanında xx.xx.2025-ci il tarixdə aparılan qazıntı işləri zamanı Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinin balansında olan 80 mm və 60 mm diametrli 2 ədəd içməli su xətti zədələnmişdir Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını məhkəmədə toplanmış sübutlarla birlikdə əhatəli şəkildə tədqiq edərək hesab edir ki, Şəxstərəfindən İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 4, 3024-cü məhəllədə inşa edilmiş 12 mərtəbəli yaşayış kompleksinin yanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən aparılan qazıntı işləri zamanı Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinin balansında olan 80 mm və 60 mm diametrli 2 ədəd içməli su xətti zədələnmişdir İXM-in 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən, Şəxs İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, Şəxs İXM-in 264.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-6884/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6884/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver