Məhkəmə qərarları › İş №3(001)-6885/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6885/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6885/2025 30.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı № ******* nömrəli 15 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli 15 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən Şəxsnə məxsus metal kəsim və istehsalat müəssisəsində d=15 mm-lik xətt vasitəsi ilə su təchizati şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda talanması müyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin 40 saylı sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən metal kəsim və istehsalat müəssisəsinin ətrafında su təchizatı və kanalizasiya şəbəkələrinə baxış keçirilən zaman su təchizati şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Şəxsnə məxsus metal kəsim və istehsalat müəssisəsinə baxış keçirildiyi zaman sayğacın bağlı olduğu lakin müəssisəyə suyun gəldiyi aydınlaşdırılmışdır. Bundan sonra dərhal Binəqədi rayon sukanal idarəsinin əməkdaşları əraziyə dəvət olunmuş, qanunsuz su xətti aşkar aşkar edilmiş və ziyan aktı tərtib edilmişdir. Ziyan aktı tərtib olunmasında və həmçinin digər prosessual hərəkətlər həyata keçirilməsində özünü həmin sexin rəisi kimi çıxış edən X7 adlı şəxs də iştirak etmişdir. Lakin həmin yerdə hüquq müəyyənedici sənədlərin əldə edilməsi mümkün olmadığından X7 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmə ilə bağlı Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinə dəvət edilmişdir. xx.xx.2025-ci il tarixdə Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsində şəxslə görüş keçirilmiş və həmin zaman sonuncu təqsirini etiraf edərək su təchizati şəbəkəsinə qanunsuz qoşulmasını etiraf etmişdir. Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən dəymiş maddi ziyan aktı və ziyan cədvəli tərtib olunmuş, “X5”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4 saylı əlavəsində göstərilmiş cədvəl nəzərə alınmaqla 2196 manat ziyan vurulması müəyyən edilmişdir. Məhkəmədən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, orada həmin müəssisənin sayğacı yoxdur. Müəssisə su xəttini digər qonşu obyektdən quraşdırılmış sayğacaca qədər borudan çəkmişdir və Şəxsnə aid müəssisədə mexaniki sayğac quraşdırılmışdır. Həmin mexaniki sayğac bağlı olduğu halda cəmiyyət tərəfindən sudan qanunsuz istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs direktoru X2 bildirmişdir ki, 2022-ci ilin avqust ayından həmin ünvanda icarəçi kimi fəaliyyət göstərirlər. Rəsmi icarə müqaviləsində icarə haqqı 350 manat qeyd edilmişdir. Lakin reallıqda daha çox ödəniş edir. Kommunal xərclər də həmin icarə haqqının daxildir. Buna görə sudan istifadəyə görə kommunal ödənişləri etməmişdir. Cəmiyyət barəsində cərimə olunması barədə həm protokol tərtib edilmiş, həm də dəymiş ziyan aktı tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquqi şəxsin adı əvvəl "xxxx" MMC olmuş, daha sonra Şəxs MMC olaraq dəyişdirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 040 nömrəli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin sərəncamından görünür ki, Binəqədi rayonu 5 gün müddətində monitorinq və nəzarət tədbirləri aparılması müvafiq əməkdaşlara tapşırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 15 sentyabr 2025-ci il tarixli 000304 nömrəli Aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazi dariəsi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikasının su qanunvericiliyinin tələblərinin yoxlanılması məqsədilə bölmənin xx.xx.2025-ci il tarixli, 040 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisi üzrə monitorinq nəzarət tədbirləri həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən Şəxs MMC-yə məxsus “Metal kəsim və istehsalat” müəssisəsinə baxış həyata keçirilmiş və sayğacdan kənar olaraq sudan istifadə müqaviləsi olmadan d=15 mmlik xətt vasitəsilə sudan qanunsuz şəkildə istifadə olunduğu müəyyən edilmişdir. Dərhal Binəqədi RSKİ-nin əməkdaşları ərazi dəvət olunaraq xətt yerində müəyyən edilmiş və dəymiş ziyan aktı tərtib edilmişdir. Özünü Şəxs MMC-yə məxsus “Metal kəsim və istehsalat” müəssisəsinin rəhbəri kimi təqdim edən X6 törədilmiş qanun pozuntusunun mahiyyəti, hüquq və vəzifələri izah olunmuş, hüquq müəyyən edici sənəd və digər materiallar ilə birlikdə inzibati icraatda iştirak etməsi üçün 1 saylı Bakı Regional Bölməsinin binasına dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixdə X7 Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi olaraq 1 saylı Bakı Regional Bölməsinə gəlmiş və öz yazılı izahatında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi olduğunu, Dərnəgül qəsəbəsində yerləşən “Metal kəsim və istehsalat” müəssisəsində sex rəisi vəzifəsində çalışdığını, sözügedən müəssisədə d=15 mmlik xətt vasitəsi ilə sudan istifadə müqaviləsi olmadan qanunsuz şəkildə sudan istifadə edildiyini, sözügedən faktla bağlı təqsirini qəbul etdiyini bildirmişdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 qanunvericiliyin tələbləri, hüquq və vəzifələri izah olunmuşdur. Nəticə də, "Metaltechnology” MMC tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 45 və 103cü maddəsinin 17-ci bəndinin “Su təchizatı və tullantı suları haqqında” Qanunun 24, 30, 58, 67-ci maddələrinin, “X5nın” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarının 3.1.1, 8.6 və 8.7-ci maddələrinin tələbləri pozulmuşdur. Yerində çəkilmiş foto, video, izahat və işə dair digər materiallar akta əlavə olunmuşdur. 603602 nömrəli aktdan görünür ki, "Metaltechnology” MMC tərəfindən dəymiş maddi ziyanın məbləği 2196 manat olaraq hesablanmışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin 200 m2 hisəsi istehsal sahəsi kimi istifadə üçün, 700 m2 hissəsi anbar kimi istifadə üçün icarə "xxxx" MMC-yə aylıq 350 manata icarə verilmişdir. Dövlət Vergi Xidmətinin saytından olan çıxarışdan görünür ki, "xxxx" MMC-nin adı "Metaltechnology” MMC olaraq dəyişdirilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, 13 avqust 2025-ci ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097ci məhəllədə yerləşən Şəxsnə məxsus metal kəsim və istehsalat müəssisəsində d=15 mm-lik xətt vasitəsi ilə su təchizati şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talandığı müəyyən edildiyindən eyni tarixdə buna dair 000304 nömrəli Akt tərtib olunmuş, aktın doğruluğu bütün iştirakçılar, o cümlədən sexin rəisi X7 tərəfindən imzalanmışdır. Şəxsnə məxsus metal kəsim və istehsalat müəssisəsində su təchizatı sisteminə qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində “X5”nın 8.7-ci bəndinə əsasən hesablanmış maddi ziyanın məbləği 2196 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” qanunun: 67-ci maddəsinin birinci hissəsinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın: 3.1-ci maddəsinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göründüyü kimi qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən Şəxsnə məxsus metal kəsim və istehsalat müəssisəsində d=15 mmlik xətt vasitəsi ilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 262.3-cü maddəsinə görə Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar