Məhkəmə qərarları › İş №3(001)-689/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-689/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-689/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X7 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş 05 ədəd tarixsiz 1093759, 1093755, 1093758, 109375 və ******* nömrəli protokollar Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X12 izahatında bildirmişdir ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda müxtəlif ünvanlardan oğurluq edilmiş və barəsində protokollar tərtib edilərək inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o protokollarda qeyd edilən inzibati xətaları törətmişdir. Narkotik vasitə istifadəçisi olduğundan törətdiyi inzibati xəta hadisələrinin vaxtını və yerini xatırlamır. Bir övladı var və aliment ödəyir. Əvvəllər məhkumluğu olmamışdır. Brəsində mübafiq qaydada inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Müdafiəçi Vəkil Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 1) Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Orucov BabəkTofiq oğlu tərəfindən tərtib edilmiş tarixsiz, MN ******* nömrəli Protokol üzrə məhkəmə aşağıdakıları qeyd edir: -Yuxarıda qeyd edilən protokol Şəxs tərəfindən ünvan 1 ünvanında yaşayan X1 evinin həyətindən 100 manat dəyərində 1 ədəd velosiped oğurladına görə tərtib edilmişdir. Həmin protokoldan inzibati xəta hadisəsinin tarixini müəyyən etmək mümkün deyildir. -Həmin Protokola əlavə edilmiş tarixsiz MN ******* nömrəli qərardan görünür ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. 2) Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Orucov BabəkTofiq oğlu tərəfindən tərtib edilmiş tarixsiz, MN ******* nömrəli Protokol üzrə məhkəmə aşağıdakıları qeyd edir: - Yuxarıda qeyd edilən protokol Şəxs tərəfindən ünvan 1 ünvanında yaşayan X1 evinin həyətindən 80 manat dəyərində 1 ədəd samovar oğurladına görə tərtib edilmişdir. Həmin protokoldan inzibati xəta hadisəsinin tarixini müəyyən etmək mümkün deyildir. - Həmin Protokola əlavə edilmiş tarixsiz MN ******* nömrəli qərardan görünür ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. 3) Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Orucov BabəkTofiq oğlu tərəfindən tərtib edilmiş tarixsiz, MN ******* nömrəli Protokol üzrə məhkəmə aşağıdakıları qeyd edir: - Yuxarıda qeyd edilən protokol Şəxs tərəfindən ünvan 2 ünvanında yaşayan X4 yaşadığı evdən ona məxsus 100 manat dəyərində 1 ədəd REDMİ A6 markalı mobil telefonu oğurladığna görə tərtib edilmişdir. Həmin protokoldan inzibati xəta hadisəsinin tarixini müəyyən etmək mümkün deyildir. - Həmin Protokola əlavə edilmiş tarixsiz MN ******* nömrəli qərardan görünür ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. 4) Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Orucov BabəkTofiq oğlu tərəfindən tərtib edilmiş tarixsiz, MN ******* nömrəli Protokol üzrə məhkəmə aşağıdakıları qeyd edir: - Yuxarıda qeyd edilən protokol Şəxs tərəfindən ünvan 3 ünvanında yaşayan X2 yaşadığı evdən ona məxsus 70 manat dəyərində 1 cüt qızıl sırğa oğurladığna görə tərtib edilmişdir. Həmin protokoldan inzibati xəta hadisəsinin tarixini müəyyən etmək mümkün deyildir. - Həmin Protokola əlavə edilmiş tarixsiz MN ******* nömrəli qərardan görünür ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. 5) Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Orucov BabəkTofiq oğlu tərəfindən tərtib edilmiş tarixsiz, MN ******* nömrəli Protokol üzrə məhkəmə aşağıdakıları qeyd edir: - Yuxarıda qeyd edilən protokol Şəxs tərəfindən ünvan 4 ünvanında yaşayan X5 yaşadığı evdən ona məxsus 100 manat dəyərində Samsung markalı mobil telefon və 50 manat məbləğində pul oğurladığna görə tərtib edilmişdir. Həmin protokoldan inzibati xəta hadisəsinin tarixini müəyyən etmək mümkün deyildir. - Həmin Protokola əlavə edilmiş tarixsiz MN ******* nömrəli qərardan görünür ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. - Protokola əlavə edilmiş 06.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan, 15.11.2021-ci il tarixli raportdan, 22.11.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, ünvan 4 ünvanında yaşayan X11 yaşadığı evə qonaq gəlmiş əmisi oğlu Bədirxan Səfərovun ona məxsus 100 manat dəyərində olan Samsunq markalı mobil telefonu, 50 manat dəyərində pulu oğurlaması ilə bağlı 28.10.2021-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək məlumat vermişdir. Lakin MN ******* nömrəli X8 barəsində deyil, Şəxs barəsində tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında tarixsiz AZA 009300 nömrəi protokoldan görünür ki, Şəxs 22.02.2022-ciil 12:00-da tutulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, Şəxs tərəfindən onun barəsində tərtib edilmiş yuxarıda qeyd edilən protokollarda göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarıa əlavə edilmiş protokollarda törədildiyi iddia edilən inzibati xətaların yeri qeyd edilsə də, inzibati xətanın vaxtı göstərilməmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətaları törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən tarixsiz protokollar, tərəflərin məhkəməyə verdiyi izahatları, məhkəməyədək verdiyi yazılı izahatı ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmədə onun tərəfindən törədilməyən əməli törətdiyini qəbul etməklə yalan izahat vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materialalrına əlavə edilmiş hər bir protokol üzrə imzibati xəta haqqında iş üzrə icraata inzibati orqan tərəfindən xitam verilmişdir. Belə olan halda Şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Belə ki, AR İXM-nin 53.1.7-ci maddəsinə gör barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.1.7-ci maddəsinə əsasən yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. O cümlədən Şəxs barəsində inzibati xəta haqqında işə xitam verilməsi haqqında ləğv edilməmiş qərarlar mövcuddur. Belə olan halda Şəxs inzibati qaydada tutulmadan azad olunmalı və Vəkil məhkəmə baxışı zamanı göstərdiyi hüquqi xidmətə görə 30 manat pul dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutulmadan azad olunsun. Vəkil məhkəmə baxışı zamanı göstərdiyi hüquqi xidmətə görə 05 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN- **********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar