Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-695/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin EPQ ******* saylı, 15.02.2022-ci il tarixli qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin EPQ ******* saylı, 15.02.2022-ci il tarixli qərarı üzrə əməlində inzibati xəta tərkibi olmadığından barəsində tərtib olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, 15.02.2022-ci il tarixdə ağzında maska olduğu halda, maskanı düzgün taxmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə olunduğunu görmüşdür. 15.02.2022-ci il tarixli AR İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş protokol və qərardan şikayətçidir. X2 məhkəmə iclasında verdiyi izahatında inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 6-cı PB-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin EPQ ******* saylı, 15.02.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin EPQ ******* saylı, 15.02.2022-ci il tarixli qərarı əsasında araşdırma zamanı X4 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. Şikayətçi inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşaraq qərarın ləğv edilməsini gecə ictimai nəqliyyat vasitəsində yuxuya getdiyi üçün qoruyucu vasitənin burun nahiyyəsindən aşağıya sürüşməsi ilə əsaslandırmış və həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da qəbul etdiyi yeni qaydalara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur. Qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211-ci maddəsinin tərkibini yaradır. Belə ki, vətəndaş məhkəməyə ünvanladığı şikayət ərizəsində özü də etiraf etmişdir ki, tibbi maskanı düzgün istifadə etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin EPQ ******* saylı, 15.02.2022-ci il tarixli qərarından verdiyi şikayət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin EPQ ******* saylı, 15.02.2022-ci il tarixli qərarından verdiyi şikayət rədd edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-695/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-695/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver