Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6964/2025 18.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəmənin icraatına Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXMin 529.3-cü maddəsi ilə tərtib edilmiş 07 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “VAZ 21074” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Şəxs 17 aprel 2025-ci il tarixli, EQ 27395431 nömrəli qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 17 aprel 2025-ci il tarixli, EQ 27395431 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 17 aprel 2025-ci il tarixdə “VAZ 21074” markalı, **-GZ-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmişdir. 07 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədəyindən onun barəsində İXM-in 529.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, bütün növ inzibati cərimələrin deyil, məhz yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xətaya görə tətbiq edilən cərimənin yuxarıda göstərilən müddətdə ödənilməməsi İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 469.3-cü maddəsi isə yol hərəkəti qaydaları əleyhinə deyil, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalardan olduğundan, bu maddə ilə tətbiq edilmiş inzibati cərimənin 3 ay müddətinə ödənilməməsi İXM-nin 529.3-cü maddəsinin tərkibini yaratmır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 53, 114, 119-121-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 07 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə uyğun olaraq xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-6964/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6964/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver