Məhkəmə qərarları › İş №3(001)-6984/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6984/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6984/2025 17.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru polis baş-leytenantı X1, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında X3 döyərək xəsarət yetirmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru polis baş-leytenantı X4 tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru polis baş-leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda olarkən qonşusu Sevincin öz qardaşının keçmiş arvadı Sevda ilə mübahisəsinin səs-küyünü eşitmiş və küçəyə çıxmışdır. Görmüşdür ki, həmin şəxslər arasında gərgin mübahisə gedir, bir-birlərini yüksək səslə təhqir edirlər. Sevdanın onu görüb təhqir etməsinə baxmayaraq, o, Sevdaya yaxınlaşmamış, əlini belə ona vurmamışdır. Göstərilənlərə əsasən barəsində aparılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş X6 izahatında bildirmişdir ki, keçmiş baldızı Sevinclə onlar arasında evdən istifadə hüququ ilə bağlı mübahisələri var. Baldızı onu və 3 uşağını evdən çıxarmaq istəyir və bununla bağlı ona tez-tez təzyiqlər göstərir, əsassız davalar salır. Sonuncu dəfə aralarında baş verən mübahisədə baldızı tərəfindən döyülmüş, səsküyə gələnlərdən biri də Solmaz olmuşdur. Solmaz da baldızının yaxın rəfiqəsi olduğundan ona qoşulmuş, hər ikisi ona qarşı fiziki şiddət göstərmişdir. Solmaz onun hər iki baldır nahiyəsinə təpiklər vuraraq ona xəsarətlər yetirmişdir. Bundan sonra, o, DİN-in 102 xidmətinə şikayətlə müraciət etmiş və bədənindəki xəsarətlərin ekspertizası aparılmasını xahiş etmişdir. Aldığı xəsarətlər ekspertiza rəyi ilə rəsmi şəkildə təsdiq olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində ciddi inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, araşdırma materialı üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi məsələsinə baxılmasından ötrü qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 1076 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş xəsarətlər – sol bud nahiyəsinin qançırı, sağ said nahiyəsinin sıyrığı bərk küt əşyaların təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarət növünə aid edildiyindən dərəcələri təyin olunmur. İş üzrə təqdim olunmuş materiallardan aydın olur ki, Şəxs zərərçəkmiş X5 fiziki təzyiq göstərmiş, yəni ona təpik vurmaqla qəsdən fiziki ağrı yetirmişdir. Bu xəsarətin həqiqətən yetirilməsi ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə Şəxs izahatına tənqidi yanaşır və qeyd edir ki, verilən izahat özünü müdafiə məqsədi daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və qadın olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və qadın olmasını nəzərə alaraq hesab edir ki, ona aşağı həddə inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçi̇ n Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar