Məhkəmə qərarları › İş №3(001)-699/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-699/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-699/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X11 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili 11 saylıVəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi olaraq işləməyən, hal-hazırda subay, himayəsində 2 (iki) azyaşlı övladı olan, ünvan 1 ünvannıda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 24 fevral 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2351/2020 saylı,10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 ödənilməsi müəyyən olunmuşdur.Bocluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, maddi vəziyyəti ağır olduğuna görə aliment borcunu ödəyə bilmir.Buna görə də, borclu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X6 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti ağır olduğuna görə aliment borcunu ödəyə bilmir.Buna görə də, borclu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X12 borclunun aliment borcunu qərəzli olaraq ödəmədiyini nəzərə alaraq borclu Şəxs qanuna müvafiq qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 borclunun aliment borcunu ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs təqsini etiraf etməsini, əməlindən peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət icra olunmadığını və nəticədə bunun aliment almalı olan uşaqları uzun müddət maddi sıxıntıya məruz qoyduğunu, nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, son dövrlər aliment borclarının ödənilməsindən borcluların müxtəlif bəhanələrlə əsassız yerə imtina etdiklərini, nəticədə alimentə dair icra sənədlərinin icrası ilə bağlı çoxsaylı problemlərin yarandığını nəzərə alaraq, bu sahədə dönüş yaradılması məqsədilə məhkəmə bu kateqoriyadan olan işlər üzrə cəza siyasətinin sərtləşdirilməsini məqsədəuyğun hesab edir.Buna görə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, onun inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar