Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1, müdafiəçi fərdi qaydada fəaliyyət görətən Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 708/2019 nömrəli icra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs 45000 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə əvvəlcədən heç bir məlumat verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Şəxs iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubu məhkəməyə təqdim edərək tələbkar Zərərçəkmiş şəxs tələbdən imtina etdiyi üçün Şəxs barəsində olan icra sənədi üzrə icraata xitam verildiyini və inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş icra sənədi üzrə Şəxs ilə aralarında razılıq olduğunu, bu səbəbdən tələbdən imtina etdiyini qeyd edib məhkəmədən inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, tələbkar tələbdən imtina etdiyi üçün Şəxs barəsində olan icra sənədi üzrə icraata xitam verildiyindən sonuncu barəsində olan inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmədə baxılması üçün predmet qalmadığından toplanmış material geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material geri qaytarılsın. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-7/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver