Məhkəmə qərarları › İş №3(001)-7/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur. Belə ki, onun qərarla guya mən İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də həmin maddə ilə 40 manat cərimə edilmişdir. Halbuki qəbul edilmiş qərar üzrə düzgün araşdırma aparılmamış və hüquqlarının pozulması ilə müşayiət edilən qərəzli qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi və daimi istifadəsində olan “Chevrolet Cruze” markalı 99-ОВ-510 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi ilə hərəkət edərkən Ə.Rəcəbli və C.Xəndan küçələrinin kəsişməsində “Mercedes Benz” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi həmin avtomobilin ön sağ hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol hissəsinə toxunaraq avtomobilinin sola doğru meyilləndirib və həmin hissəyə ciddi zədə yetirmişdir. Hadisə zamanı o, yük avtomobilindən irəlidə olmuş və yol sola meyilli olduğundan o da sola meyilli gedib dönmə əməliyyatı etməyə çalışmışdır. Lakin arxadan gələn yük avtomobili onun hərəkətini bitirməyini gözləmədən avtomobilinin arxa sol hissəsini vurub. Hesab edir ki, tərəfindən heç bir qayda pozuntusuna yol verilməmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin binasında yol-nəqliyyat hadisənin görüntüsünə baxış keçirildiyi təqdirdə onun heç bir inzibati xəta törətmədiyi sübuta yetiriləcəkdir. Hadisənin görüntüləri iş üzrə böyük əhəmiyyət kəsb edir və onun təqsirsiz olduğunu sübut edir. Hazırda günahsız olduğu həmin qəza səbəbindən avtomobilimin təmir pulunu sığortadan ala bilmir və maddi cəhətdən əziyyət çəkir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Chevrolet Cruze” markalı 99-ОВ-510 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş videogörüntüdən və fotoşəkillərdən müəyyən olunur ki, xx.xx.2024cü il tarixdə saat 19:00 radələrində Ə.Rəcəbli və C.Xəndan küçələrinin kəsişməsində “Chevrolet Cruze” markalı 99-ОВ-510 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (birinci nəqliyyat vasitəsi) sola meyl edərkən sol tərəf arxadan “Mercedes Benz” yük markalı **- JK-*** dövlət qeydiyyat nişanlı (ikinci nəqliyyat vasitəsi) yük nəqliyyat vasitəsi birinci avtomobilin solundan hərəkət edərək ön sağ hissəsi ilə birinici avtomobilin arxa sol hissəsi ilə toqquşaraq həmin hissəyə ciddi zərər yetirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Hadisənin hüquqi qiymətləndirilməsində əsas məsələ hər iki nəqliyyat vasitəsinin sola dönmək niyyətində olması və bu zaman toqquşmanın “Chevrolet Cruze” markalı avtomobilin arxa sol hissəsinə “Mercedes-Benz” markalı yük avtomobilinin ön sağ hissəsi ilə baş verməsidir. X2 42-ci maddəsinin İ hissəsinə əsasən, sola dönmək istəyən sürücü əvvəlcədən niyyətini bildirməli, zolağın sol kənarına yerləşməli və manevr zamanı digər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır. Hadisədə “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi artıq sola dönməyə başlamış və “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi arxadan yaxınlaşaraq onu sol tərəfdən sıxışdıraraq toqquşmaya səbəb olmuşdur, bu, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsünün dönmə manevrini təhlükəsiz şəkildə həyata keçirmədiyini və qarşısındakı avtomobilə yol vermədiyini göstərir. Hər iki avtomobil eyni manevri etsə də, yol hərəkətində öncə hərəkətə başlayan və manevrə başlamış avtomobilə qarşıdakı nəqliyyat vasitəsi kimi üstünlük verilməlidir. Zərbənin məhz sol arxa dəyməsi də onu göstərir ki, “Chevrolet” markalı nəqliyyat vasitəsi artıq dönməyə başlamış, “Mercedes” isə bu hərəkətə gec reaksiya verərək düzgün məsafə və ardıcıllığı gözləmədən toqquşmaya səbəb olmuşdur. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən hadisə yerini və videogörüntünü müşahidə edərək təqsirkarı düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər X6 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar